Fransa bu ilin yayına qədər Rusiyaya tətbiq olunan sanksiyaların ləğvinə nail olmaq niyyətindədir.
Axar.az xəbər verir ki, bu sözləri Fransa İqtisadiyyat naziri Emanuel Makron deyib.
Makronun sözlərinə görə, Rusiya verdiyi sözü tutarsa, sanksiyalar aradan qaldırılacaq:
“Minsk sazişinin öhdəliklərinin yerinə yetiriləcəyi təqdirdə Fransa sözügedən sanksiyaların aradan qaldırılması üçün əlindən gələni edəcək”, – nazir qeyd edib.




