Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot Avropa Komissiyasının Rusiyaya qarşı elan etdiyi 12-ci sanksiyalar paketini tənqid edib. Elchi.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Filipponun sözlərinə görə, AK rəhbəri Ursula fon der Leyen Ukrayna prezidenti Vladimir Zelenskini sevindirmək üçün yeni sanksiyalar paketini açıqlayıb.
Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Aleksandr Qruşko bəyan etmişdi ki, Avropa İttifaqının tətbiq etdiyi anti-Rusiya sanksiyalarından itkiləri təxminən bir trilyon yarım dollar təşkil edib.
Havar Şəfiyeva






