Avropa İttifaqının Ukraynaya maliyyə yardımı paketini artırmaq qərarı dəlilikdir.
Elchi.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin keçmiş deputatı, Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippo öz Tvitter hesabında yazıb.
“Qəzəbli dəlilik! Aİ “Ukraynanı müdafiə etmək” üçün üzv ölkələrdən daha 20 milyard avro istəyəcək!” – yazıb və qeyd edib ki, Fransa Kiyevə dörd milyard avro ayıra bilər.
Filippo onu da bildirib ki, Avropa ölkələri Ukraynaya yardımı dayandırmasalar, müflis olacaqlar.
Daha əvvəl siyasətçi prezident Emmanuel Makronun SCALP uzaqmənzilli raketlərini Ukrayna Silahlı Qüvvələrinə təhvil vermək qərarını şərh edib . Onun fikrincə, bu cəfəngiyyat və dəlilikdir.
Nuranə Məmmədova




