Fransada güclü tufan müşahidə olunur.
BFM telekanalı xəbər verir ki, əlverişsiz hava şəraiti ölkənin şimalındakı Rouen şəhərində bir nəfərin həyatına son qoyub.
Fransanın daxili işlər naziri Cerald Darmanin bildirib ki, əlverişsiz hava şəraiti ilə əlaqədar ölkə üzrə 750 çağırış olub.
Meteroloqlar Fransanın 96 departamentində narıcı hava xəbərdarlığı elan edib.
Bu cür havanın səhər saatlarına qədər davam edəcəyi proqnoz edilir.
Xatırladaq ki, cümə günündən dolu ilə müşayiət olunan güclü tufan ölkənin bir neçə bölgəsində müşahidə edilib.
Kəlbəcərin Baş planı təsdiqləndi
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib. Elchi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Bildirilib...





