Fransada terror təşkilatı PKK-nın dağ kadrlarından olduğu bildirilən 11 şübhəlinin bu ölkədəki kürd icmasından “pul şantaj etmək və təşkilata zorla kadr toplamaq” ittihamı ilə mühakimə olunduğu iddianın dinləmələri, aprelin 14-dək davam edəcək.
Elchi.az xəbər verir ki, Fransa Milli Terrorla Mübarizə Prokurorluğundan (Pnat) edilən açıqlamada, Paris Ədliyyəsində başlayan “terrorizmi maliyyələşdirmə, şantaj, qəsb və zorla işə götürmə” ittihamları ilə sözügedən şəxslərin məhkəməsinin davam etdiyi qeyd edilib.
Məhkəmənin aprelin 14-dək davam edəcəyi vurğulanan açıqlamada, 2020-ci ilin iyununda Fransada bir qadının terror təşkilatı PKK-ya qoşulmaq üçün qaçırılmasından sonra istintaqa başlanıldığı xatırladılıb.
Açıqlamada sözügedən qadının terror təşkilatı PKK tərəfindən dağlara aparılmaq üçün qaçırıldığı və hadisədə iştirak edən iki şəxsin şəxsiyyətinin müəyyən edildiyi bildirilib.
Prokurorluğun açıqlamasında, həmçinin terror təşkilatı PKK-nın Marsel və Draguignan bölgələrində yaşayan kürd icmasından 2020-ci ilin sentyabrından 2021-ci ilin martına qədər qopardığı pulun təxminən 2 milyon avro olduğu bildirilib.
Terror təşkilatının dağ qərargahının üzvü olduğu bildirilən 11 şübhəlidən 4-nün saxlanıldığı, 7-nin isə elektron qandalla ev dustaqlığı və ya məhkəmə nəzarəti altında olduğu bildirilib. Bundan başqa, həbs qərarı ilə 1 nəfərin də qaçdığı paylaşılıb.
Şayəstə




