Fransanın cənubundakı Orta Pireney adalarında baş verən yanğın 500 hektar meşə sahəsinə ziyan vurub.
Elchi.az xəbər verir ki, Fransanın Mərkəzi Pireney Qubernatorluğundan verilən açıqlamaya görə, bölgədəki Saint-Andre, Sorede və Argeles-sur-Mer yaşayış məntəqələrində dünən başlayan yanğın ancaq səhər saatlarında nəzarət altına alına bilib.
Bölgəyə gələn 650 yanğınsöndürənlə yanaşı, çoxlu yanğınsöndürən təyyarələr də yanğına müdaxilə edib, təxminən 500 hektar meşə sahəsi məhv edilib.
Şayəstə Hüseynova




