"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Fransada erməni mafiozlara qarşı xüsusi əməliyyat keçirildi

21 Yanvar 2019 - 17:42
in XƏBƏR LENTİ

Erməni mafiozlara qarşı xüsusi əməliyyat keçirilib.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Fransada erməni mafiozlara qarşı xüsusi əməliyyat keçirilib.

Erməni cinayətkar şəbəkəsinin dünyanın müxtəlif ölkələrindəki fəaliyyəti ilə bağlı çoxsaylı faktlara daha biri əlavə olunub. Bu dəfə Fransa polisi “Avropol”un köməyi ilə Avropada iri erməni mafiya qruplaşmasına qarşı xüsusi əməliyyat keçirib. Cinayətkarların ələ keçirilməsi məqsədilə Fransa ərazisində 27 evdə xüsusi axtarış-yoxlama əməliyyatı aparılıb. Bu zaman qruplaşmanın yüksək rütbəli üzvlərinin də olduğu, əsasən, ermənilərdən ibarət 21 nəfər həbs edilib. Əməliyyat zamanı 23 min avro, tütün məhsulları və müxtəlif növ 6 odlu silah müsadirə olunub.

“Avropol”dan bildirilib ki, bu əməliyyat İspaniya və Almaniya hökumətlərinin də kömək etdiyi böyük bir istintaqın tərkib hissəsidir. Cinayətkarların ifşası üçün “Avropol” il yarım ərzində müxtəlif ölkələrin hüquq-mühafizə orqanları ilə məlumat mübadiləsi həyata keçirib və irimiqyaslı istintaqa başlayıb. Hazırda əsasən ermənilərdən ibarət mafiya qruplaşmasının digər üzvləri və onların cinayətlərinin aşkara çıxarılması üçün istintaq davam edir.

“Avropol”un iqtisadi cinayətkarlıq bölməsinin rəhbəri Pedro Feliççoçu “Associaeted Press”ə müsahibəsində bildirib ki, erməni mafiyasının İspaniya və Belçikada böyük şəbəkəsi var. Ötən il onların bir qrupu zərərsizləşdirilib. Belçikada mafiyanın liderlərindən birinin 28 yaşlı Qriqor Sarkisyan olduğu üzə çıxıb. Onun adı danışılmış tennis oyunlarının təşkilində hallanır.

Polis erməni cinayətkar qruplaşmasının Almaniya, Slovakiya, Bolqarıstan və Niderlanddakı üzvlərinin də izinə düşüb. Şəbəkənin ABŞ, Çili və Misirdə də fəaliyyət göstərdiyi müəyyənləşdirilib.

Ermənilərdən ibarət qruplaşma cinayət əməllərini həyata keçirmək üçün yüzə yaxın peşəkar tennisçi və polis əməkdaşını pulla ələ alıb. İspaniya Mülki Qvardiyasının yaydığı məlumatda bildirilir ki, aralarında qrupun liderləri də olmaqla 15-dən çox şəxs həbs edilib. “Bitures” əməliyyatı çərçivəsində 11 evdə axtarışlar aparılıb, 167 min avro nağd pul, o cümlədən odlu silah, onlarla kompüter, kredit kartları, 5 bahalı avtomobil və müxtəlif sənədlər aşkarlanaraq götürülüb. Cinayətkar dəstəyə məxsus 42 bank hesabı dondurulub, daşınmaz əmlak obyektlərinə həbs qoyulub. Həbs olunan 15 ermənidən başqa daha 68 nəfər şübhəli şəxs haqqında istintaq davam edir. Adı danışılmış tennis oyunları qalmaqalında hallanan şəxslər arasında erməni cinayətkar qruplaşması ilə bağlı olan 28 peşəkar tennisçi də var. 2017-ci ilin fevralından fəaliyyət göstərən cinayətkar dəstənin razılaşdırılmış oyun əməliyyatları ilə milyonlarla avro gəlir əldə etdiyi ehtimal olunur.(AZƏRTAC)

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

BAKI MAĞAZALARINDA KRIM MƏHSULLARI – Ukrayna səfirliyinın tələbilə yığışdırıldı

Next Post

Dumanla bağlı sürücülərə xəbərdarlıq edildi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post
Dumanla bağlı sürücülərə xəbərdarlıq edildi

Dumanla bağlı sürücülərə xəbərdarlıq edildi

Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 1 mlrd. dolları ötüb

Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 1 mlrd. dolları ötüb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.