Fransa parlamentində “Erməni soyqırımı”nı inkarına görə həbs və pul cəzası nəzərdə tutulan qanun təsdiqlənməyib.
Bu barədə AzVision.az xarici KİV-ə istinadən xəbər verir.
Respublikaçılar Partiyasından olan millət vəkili Valerie Boyerin qondarma “erməni soyqırımı” ilə bağlı qanun hazırlayıb bir il əvvəl parlamentdə təqdim edib.
Təqdim olunan qanuna əsasən soyqırımı inkar edənlərə 5 il həbs və 45 min avro pul cəzası nəzərdə tutulurdu.
Dekabrın 3-də Fransa parlamentində müzakirəyə çıxarılan və təsdiqlənməyən qanun layihəsi bir alt komissiyaya göndərilib.




