Fransa prezidenti Emmanuel Makron, gənc sürücünün polis gülləsi ilə öldürülməsindən sonra ölkədəki nümayişlərdə dağılan strukturların və infrastrukturun sürətlə bərpası üçün fövqəladə qanun qəbul edəcəklərini bildirib.
Elchi.az xəbər verir ki, Makron 27 iyunda Nanterredə Nael M. adlı gənc sürücünün polis tərəfindən öldürülməsindən sonra ölkə daxilində nümayişlərdən zərər çəkən 200-dən çox bələdiyyənin merləri ilə Yelisey sarayında görüşüb.
Fransa mətbuatında yer alan xəbərə görə, Makron toplantıda nümayişlər zamanı dağılan binaların və infrastrukturun sürətlə bərpası üçün təcili qanun çıxaracaqlarını açıqlayıb.
Makron bu çərçivədə sığorta şirkətlərinə qarşı sərt davranacaqlarını da vurğulayıb.
Şayəstə Hüseynova




