Fransanın 50 departamentində istilərlə əlaqədar “narıncı” təhlükə səviyyəsi elan edilib.
Elchi.az xəbər verir ki, bu barədə Fransanın “Meteo France” meteoroloji xidməti məlumat yayıb.
Qeyd olunur ki, “narıncı” təhlükəli zonada yerləşən şöbələrdə temperatur +35 … +41 ° С-dir.
Həmçinin Fransanın bir sıra departamentlərində “sarı” təhlükə səviyyəsi elan edilib.
Daha əvvəl Ümumdünya Səhiyyə Təşkilatının ( ÜST ) baş direktoru Tedros Adhanom Ghebreyesus vurğulamışdı ki, bir çox ölkədə istilər səhiyyə sistemlərinin yükünü artırır.
Nuranə Məmmədova





