Fransanın cənubunda yerləşən Monpelye şəhərində yeni ildən şəhər sakinləri üçün ictimai nəqliyyatın pulsuz olacağı açıqlanıb. Şəhərə gələn turistlər rüsum ödəməyə davam edəcəklər.
Elchi.az xəbər verir ki, Fransanın cənubunda, Marsel və Tuluza şəhərləri arasında yerləşən Monpelye şəhərində ictimai nəqliyyatın şəhərdə yaşayanlar üçün pulsuz olacağı açıqlanıb.
Montpellier Bələdiyyəsi tərəfindən verilən açıqlamada qərarın yeni ildən qüvvəyə minəcəyi, lakin şəhərə gələn turistlərin rüsum ödəməyə davam edəcəyi bildirilib.
Montpellier şəhəri Fransanın 8-ci ən böyük şəhəridir. Şəhərin əhalisinin 478 min olduğu məlumdur.
Şəhər 2015-ci ildə metropolisə çevrildi və ölkənin ən sürətlə inkişaf edən şəhəri adına sahibdir.
Beynəlxalq standartlara cavab verən infrastruktur və nəqliyyat şəbəkəsi ilə şəhərin mühüm şəhərsalma nümunələrindən biri olduğu düşünülür.
Şayəstə Hüseynova






