Fransanın cənubundakı Bouches-du-Rhone bölgəsində qızmar temperaturun “çox yüksək yanğın riski” yaratdığı əsas gətirilərək “qırmızı xəbərdarlıq” verilib.
Elchi.az xəbər verir ki, Fransa Meteorologiya İdarəsi Bouches-du-Rhone bölgəsində sabah üçün “çox yüksək yanğın riski” ilə bağlı xəbərdarlıq edib.
Xəbərdarlıq səbəbindən bölgədə hava şəraitinin meşə və bitki örtüyü yanğınlarına səbəb və yayılma riskini çox artıracağı səbəbi ilə qırmızı xəbərdarlıq elan edilib.
Digər tərəfdən, Fransanın Korsika adasının dəniz kənarında, gün ərzində temperaturun 40 dərəcəyə çatması ehtimalı ilə bağlı qırmızı təhlükənin alt qatı olan “narıncı həyəcan” elan edilib.
Artıq bölgədə havanın temperaturu 34 dərəcəyə çatıb.
Meteorologiya İdarəsi həmçinin həssas insanları qızmar istilər qarşısında çox diqqətli olmağa çağırıb.
Şayəstə Hüseynova





