Maskalılar Marseldə polisə atəş açıblar
Fransada yeni silahalı basqın şoku yaşanıb. ANS PRESS-in “Reuters”ə istinadla verdiyi məlumata görə, 10 nəfərlik naməlum şəxslərdən ibarət qrup polisə atəş açıb.
Hadisə Marsel şəhərində baş verib. Maskalılar “AK-47” silahlardan atəş açıblar. Hələlik hadisə nəticəsində ölən və ya yaralanan olması barədə məlumat yoxdur.
Ərazi polis tərəfindən mühasirəyə alınıb. Əhaliyə evləridən çıxmamaq barədə xəbərdarlıq edilib.
Məlumata görə, baş nazir Manuel Valls hücumun qeydə alındığı şəhərdə səfərdə olub.
Xatırladaq ki, ötən ay Məhəmməd peyğəmbərin (s.ə.s) karikaturalarını çəkən Parisdəki “Charlie Hebdo” qəzetinin redaksiyasına edilən silahlı basqın nəticəsində 13 nəfər qətlə yetirilmişdi.
Bundan qısa müddət sonra isə maketə silahlı basqın nəticəsində daha 4 nəfər ölmüşdü.
ANS PRESS



