Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Telegram”da qeyd edib ki, Fransada tolerantlıq gözümüzün qabağında çökür. Elchi.az bu barədə Lent.ru-ya istinadən xəbər verir.
Diplomat bu şəkildə iğtişaşçılara qarşı daha sərt tədbirlərin görülməsini tələb edən Fransa polis birliklərinin bəyanatını şərh edib.
“Tolerantlıq gözümüzün qabağında dağılır. Liberalizm həyatla bir araya sığmayan ziddiyyətlər nümayiş etdirir. Fransa Xarici İşlər Nazirliyi sadəcə olaraq Rusiya, Çin, İrana ünvanlanmış bütün keçmiş xatirələrini götürməyə və özü üçün oxumağa borcludur” – deyə o bildirib.
Havar Şəfiyeva






