Musavat.com bu həftə ölkədə və dünyada baş verən ictimai-siyasi hadisələrin təhlilinə həsr olunmuş “Həftənin manşetləri” analitik
proqramını təqdim edir.
proqramını təqdim edir.Proqramda aşağıdakı suallara cavab tapa bilərsiniz:
– Fransada mətbuat orqanının redaksiyasına edilən hücum beynəlxalq siyasətdə nəyi dəyişəcək? “11 sentyabr” tendensiyası yenidən yaşana bilərmi?
– Fransada müsəlmanlara qarşı yeni hərəkatın başlanma ehtimalı varmı? Bu hadisənin müsəlman dünyası üçün nəticələri necə ola bilər?
– Azərbaycanda mətbuat orqanlarının redaksiyaları üçün oxşar təhlükə varmı?
– Ölkədə parlament sekçiləri ab-havası niyə hiss olunmur?
– İqtidar-müxalifət dialoqunun mümkün nəticələri nələrdir?
– Hökumətin yeni vergi siyasəti nədən xəbər verir? Azalan neft gəlirlərini xalqın cibindən çıxarmaq siyasəti və alternativ çıxış yolları mümkündürmü?
Bütün bunlar haqqında daha ətraflı “Həftənin manşetləri” analitik proqramında müsahibimiz millət vəkili Fazil Mustafa danışacaq.



