"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Fransadan Ermənistana ağır zərbə – Ollanda şikayət məktubu (FOTO)

08 Aprel 2016 - 23:01
in aktual-banner, Banner, GÜNDƏM, MANŞET

 

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Aprelin 8-də bir qrup fransız senator və deputatı Ermənistanın son günlər atəşkəs rejimini pozması, sərhədyanı bölgələrdə Azərbaycanın dinc əhalisini intensiv atəşə tutması ilə əlaqədar Prezident Fransua Ollanda məktub ünvanlayıb.

Məktubda bildirilir ki, aprelin 2-də Ermənistan Dağlıq Qarabağda qoşunların təmas xəttində ağır artilleriyadan intensiv atəş açaraq atəşkəs rejimini pozub və dinc əhali arasında iki nəfərin ölümünə, 10 nəfərin yaralanmasına səbəb olub. Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədləri çərçivəsində dinc əhalisinin təhlükəsizliyini təmin etmək, təxribatları dayandırmaq və yeni təcavüz aktlarının qarşısını almaq məqsədilə zəruri tədbirlər görüb. Aprelin 3-də isə Azərbaycan cavab tədbirlərini birtərəfli qaydada dayandırmaq barədə qərar qəbul edib və bununla bir daha münaqişəni sülh yolu ilə həll etməkdə maraqlı olduğunu göstərib. Ancaq aprelin 5-də Ermənistan yenə atəşkəs rejimini pozaraq intensiv atəş açmaqda davam edib. Günahsız insanların həyatına son qoyan bu son qarşıdırma beynəlxalq ictimaiyyətə, xüsusilə də ATƏT-in Minsk qrupuna bir daha status-kvonun saxlanmasının mümkün olmadığını göstərir.

Məktubda deyilir: “Cənab Prezident, biz bilirik ki, siz münaqişənin sülh yolu ilə davamlı həllinə nail olmaq üçün Fransanın xarici siyasətində bu istiqamətdə daim səy göstərmisiniz. Buna görə də Sizə müraciət edirik.

Bildiyiniz kimi, münaqişənin həllinin əsas təməli BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələri və BMT Baş Assambleyasının 62/243 (2008) saylı qərarı ilə müəyyən edilsə də, Ermənistan bu sənədləri yerinə yetirmir. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında saxlanılan torpaqlarında qeyri-qanuni yerləşməsi eskalasiyalara əsas səbəbdir və regionda sülh və stabillik üçün təhlükə olaraq qalmaqdadır. Eyni zamanda, işğal olunmuş ərazilərdə aparılan demoqrafik dəyişikliklər, eləcə də bu torpaqların anneksiyası məqsədilə erməni mühacirlərin həmin ərazilərdə yerləşdirilməsi təhlükəni daha da gücləndirir”.

Senatorlar və deputatlar bildirirlər ki, beynəlxalq ictimaiyyət və ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin qısa müddət ərzində atəşkəsin qətiyyətlə təmin edilməsi, həmçinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tətbiqi məqsədilə dərhal fəaliyyət göstərməsi vacibdir. Yalnız beynəlxalq hüquqa riayət olunması dünyanın bu hissəsində sülh və ədalətin bərpa olunmasına imkan verəcək.

Deputat Jan-Fransua Manselin, senator Jerom Binyonun, deputat, Fransanın sabiq ədliyyə naziri Raşida Datinin imzaladıqları məktub bu sözlərlə sona çatır: “Cənab Prezident, ümid edirik ki, Siz bu haqq işi üçün lazımi töhfələrinizi verəcəksiniz”. (Azərtac)

AzVision.az

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Həlak olan döyüşçülərin cəsədləri dəyişdirildi

Next Post

Türkiyəyə aparılan aşıqla bağlı həkimlərin SON QƏRARI

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Next Post

Türkiyəyə aparılan aşıqla bağlı həkimlərin SON QƏRARI

Başını itirmiş Serj Sarkisyan...

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.