Fransa prezidenti Emmanuel Makron öz hərəkətləri ilə Ukrayna böhranını daha da gərginləşdirir və Fransa ordusunu viran qoyur.
Elchi.az xəbər verir ki, bu fikri keçmiş Avropa Parlamentinin deputatı və “Patriots” millətçi partiyasının lideri Florian Filippo “Twitter” sosial şəbəkəsində bildirib.
Siyasətçi Kiyevə yeni silahların tədarükü ilə bağlı sözlərindən sonra Makronu tənqid edib.
Filippo belə bir siyasəti dəlilik adlandırıb. “Bu, münaqişəni daha da gərginləşdirəcək və Fransa ordusunu sümüyünə qədər soyacaq!”.
Qeyd edək ki, bundan əvvəl Makron Ukraynaya hərbi yardımın prioritet istiqamətini qeyd edib. Onun sözlərinə görə, Paris Ukrayna Silahlı Qüvvələrinin artıq idarə olunduğu artilleriya silahlarının tədarükünə diqqət yetirməlidir.
Havar Şəfiyeva




