"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Fransanı heyran qoyan Araz: `Qarabağla bağlı çıxışlarımı efirə vermirdilər`(MÜSAHİBƏ)

02 May 2016 - 17:04
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Fransada yaşayan ermənilər azərbaycanlı olduğum üçün mənə paxıllıq edirdilər. Onlar yarışmada qalib gəlməyimi istəmirdilər. Çalışırdılar ki, müsabiqəni tezliklə tərk edim. Ermənilər sosial şəbəkələrdə də mənə qarşı çirkin kampaniya aparırdılar”.

Bunu  müsahibəsində Fransanın TF1 telekanalında yayımlanan məşhur “The Voice” (“O səs”) yarışmasının azərbaycanlı iştirakçısı Araz Hümbətli deyib.

Gənc müğənni müsahibəsində yarışmadan çıxmasının səbəbi, erməni diasporunun apardığı çirkin kampaniyalar və fransızların Azərbaycana qarşı münasibəti haqda sualları cavablandırıb.

-Araz bəy, müsabiqəni tərk etməyinizə səbəb nə oldu? İstərdik bu barədə danışasınız.

– Sonuncu ifada güclü müğənni ilə səhnəni bölüşdüm. İfa edəcəyim mahnı pop janrında idi. Bizə təqdim olunan mahnı sözün açığı, heç xoşuma gəlməmişdi. Bu janrda mən nadir hallarda ifa edirəm. Əlimdən gəldiyə qədər yaxşı oxumağa çalışdım. Məncə, ifamız hər kəsin xoşuna gəldi.

– Müsabiqə zamanı qarşı münsiflər heyəti, yaxud təşkilatçıların sizə münasibəti necə idi?

– Müsabiqə zamanı çalışırdım Azərbaycanı Fransada təbliğ edim. Musiqilərimizi, zəngin mədəniyyətimizi onlara çatdırım. Bəzən ölkəmizlə bağlı çıxışlarımı kəsirdilər. Müsahibələrim efirə ixtisarla verilirdi.

Qeyd edim ki, Alim Qasımov və Vaqif Mustafazadənin albom və disklərini Azərbaycandan Fransaya gətirmişdim. Fransızlar onların ifalarını çox bəyənirdilər.

– Yarışmada özünüzü azərbaycanlı kimi təqdim edənlər ilk reaksiya necə idi?

– Fransaya yeni gələndə cibimdə Azərbaycanın xəritəsini gəzdirirdim. İnsanlar haradan olduğumu soruşanda fəxrlə Azərbaycanlı olduğumu deyirəm. Təəssüflər olsun ki, sadə fransızların çoxu Azərbaycanı tanımır. Onlar Azərbaycanı Əfqanıstan və Pakistanla səhv salırdılar. Belə insanlara mən xəritədə ölkəmizi göstərirdim. Hətta bayrağımızı da təqdim edirdim ki, onlar Azərbaycanı tanısınlar. İlk dəfə Fransa səhnəsinə azərbaycanlı ifaçı kimi əlimdə tarla çıxmışdım. Tamaşaçılara tar qəribə gəlirdi, onlar onun nə olduğunu soruşurdular.

-Bir qədər öncə qeyd etdiniz ki, müsahibələriniz çox zaman kəsilirdi. Hansı məqamlar efirə verilmirdi? Buna səbəb kimi nə göstərilirdi.

-Verilinin formatına uyğun olaraq 2 dəqiqə ərzində oxumalı, 4 dəqiqə isə özüm haqda danışmalıydım. Mən bir qədər çox danışdığım üçün fikirlərim montaj zamanı kəsilirdi. Təəssüflər olsun ki, muğam və milli mahnılarımızla, Qarabağla bağlı fikirlərim efirə verilmirdi, sözümü kəsirdilər. Bəlkə də mənim fikirlərim onların xoşlarına gəlmədiyi üçün bunu edirdilər.

-Nəzərə alsaq ki, Fransada erməni lobbisi güclü təsir imkanlarına malikdir, sizin yarışmadan çıxmağınıza onların hər hansı təsiri ola bilərmi?

-Sözsüz ki, ermənilər həmin yarışmada qalib olmağımı istəməzdilər. Onlar çox vaxt mənə paxıllıq edirdilər. Buna səbəb azərbaycanlı olmağım idi. Fransada Azərbaycan musiqisini təbliğ etməyim erməniləri qıcıqlandırırdı. Mən oxuyanda onlar sanki şoka düşürdülər.

Cəbhədəki son döyüşlərdən sonra ermənilər bizə qarşı aqresivləşiblər. Onlar sosial şəbəkələrdə informasiya müharibəsi aparırlar. Biz də onların yerindəcə cavablarını verib, işğalçı olduqlarını fransızlara deyirik.

Bir dəfə Fransada məşhur yaradıcılıq muzeyinə getmişdim. Birdən gözümə sataşdı ki, bizim tar və kamançanın üzərinə “erməni xalqının milli musiqi aləti” yazılıb. Şoka düşdüm. Həmin vaxt ürəyim partlayırdı. Muzeyin rəhbərinə yaxınlaşıb tar və kamançanın Azərbaycana məxsus olduğunu bildirdim. Həmin şəxs musiqi alətlərinin ermənilərə məxsus olduğunu deyirdi. Mən tarla ifa etdiyim görüntüləri göstərdikdən sonra onlar məndən səhvə yol verdiklərini etiraf etdilər. Bir həftədən sonra həmin muzeyə baş çəkəndə tar və kamançanın üzərində Azərbaycana məxsus olduğu qeyd olunmuşdu.

Qeyd edim ki, Fransada erməni diasporası çox güclüdür, hətta istənilən məsələyə təsir edə bilir. Yarışmanın ilk günündə səhnəyə tarla çıxanda ermənilər qəzəblənmişdilər. Ermənilər sosial şəbəkələrdə mənimlə bağlı xoşagəlməyən fikirlər səsləndirirdilər. Onlara yazığım gəlir.

– “O Səs Fransa” layihəsindən çıxarılmağınıza səbəb nə idi?

-Mən layihənin direktoru ilə danışdım. Həmin adam ifalarımı bəyəndiyini dedi. Mən səhnədə çox sərbəst idim. Bəlkə də budur səbəb. Layihənin müəyyən formatı var. Hamı bu ormata uyğun rol oynamalı, danışmalıdır. Mən isə digərlərindən fərqli olaraq səhnədə azad idim. Müsiflər bəlkə də bizdən qorxdular. Bəlkə də erməni diasporasının da çıxmağıma təsiri olub. Bu baxımdan Fransada azərbaycanlı kimi tanınmaq o qədər də asan məsələ deyil.

Fransada Azərbaycan deyiləndə ilk öncə Ulu Öndərmiz Heydər Əliyev, Üzeyir Hacıbəyov, Alim Qasımov yada düşür. Belə dahi insanlardan sonra Fransada az da olsa insanlar məni tanıyır.

Qeyd edim ki, Fransa xalqı Alim Qasımovu yaxşı tanıyır və hörmət edir. Çox istərdim ki, Alim Qasımovla birlikdə Fransa səhnəsində çıxış edim.
Prezident İlham Əliyev və birinci Xanım Mehriban Əliyevaya da Fransa böyük hörmət bəsləyirlər. Heydər Əliyev Fondunun Fransada gördüyü işlər yüksək qiymətləndirilir.

– Bundan sonrakı planlarınız nədən ibarətdir?

– Layihələrim çoxdur. Hazırda konsertimlə bağlı işlər aparıram. Fransada milli və xarici musiqilərdən ibarət konsert verməyi düşünürəm. Konsert zamanı saz, gitaradan istifadə edəcəyəm. Bu alətləri də Fransada tanıtmaq istəyirəm. Bu il həm Fransada, həm də Azərbaycanda albomum çıxacaq. Həmin albom üçün 9 klip çəkdirəcəyəm. Bundan əlavə iki tanınmış insanla duetim olacaq.

-Azərbaycanda konsert verməyi düşünürsünüzmü?

-Əlbəttə, istərdim doğma vətənim də konsert verim. Hazırda Azərbaycanın cəbhə bölgəsində vəziyyət gərgindir. Ermənilər işğalçı siyasətlərini davam etdirərək ki, kəndlərimizi, mülki insanları atəşə tutur. Harada yaşamağımızdan aslı olmayaraq, bizim üçün hər şeydən önəmli vətəndir. Çox istərdim ki, torpaqlarımız tezliklə azad olunsun. Müharibə olarsa, mütləq Azərbaycana qayıdıb, döyüşlərdə iştirak edəcəyəm. Vətən hər şeydən üstündür.

Qeyd edək ki, Araz Hümbətli Fransanın TF1 telekanalında yayımlanan “The Voice” (“O səs”) şousunda çıxışları ilə fransızları heyran qoyub. 25 yaşlı Araz hazırda Fransanın Tuluza şəhərində yaşayır.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

`Azərbaycanda erməni hərbçilərin cəsədi yoxdur`-BQXK

Next Post

`Danışıqlarda irəliləyiş müşahidə olunur`- Prezident

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

`Danışıqlarda irəliləyiş müşahidə olunur`- Prezident

Amerika tankları Gürcüstana gəlir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.