Fransa mətbuatı son vaxtlar Paris küçələrini döyüş meydanına çevirən terror təşkilatı PKK-ya bəraət qazandırmağa tələsir.
Elchi.az xəbər verir ki, bu barədə Fransanın “France 24” xəbər kanalı qalmaqallı xəbər yayıb. O, xüsusi hesabatında Türkiyənin bir hissəsini “qondarma Kürdüstan” kimi göstərən xəritədən istifadə edib.
Terror təşkilatı PKK tərəfdarları ötən ay Fransanın paytaxtı Parisin küçələrini döyüş meydanına çeviriblər.
Fransa uzun müddətdir dəstəklədiyi terror təşkilatının əsl siması ilə qarşılaşsa da, ölkə mətbuatı hələ də PKK-ya dəstək verməkdən çəkinmir.
Fransanın “France 24” telekanalı terror təşkilatının orqanı kimi çıxış edərək qalmaqallı xəbər yayıb. Hazırlanan xüsusi xəbərdə Türkiyənin bir hissəsi “Kürdüstan deyilən yer” kimi göstərilib.
Qalmaqal bununla da bitməyib.
Terror təşkilatı PKK yalnız Türkiyə tərəfindən terror təşkilatı kimi göstərilib.
PKK-ya açıq dəstək verdi
Onun da Avropa İttifaqının terror təşkilatları siyahısında olduğu qeyd olunmayıb. Qanlı terror təşkilatı PKK-ya açıq dəstək verildi.
Qalmaqallı xəbərlərdə tez-tez terror təşkilatı liderinin və onun cır-cınağın görüntülərindən istifadə olunub.
12 dəqiqəlik xüsusi xəbərin PKK tərəfdarlarının Paris küçələrini döyüş meydanına çevirməsindən sonra Fransada terror təşkilatına reaksiyanın artdığı bir vaxtda yayımlanması diqqət çəkib.
Fransız mətbuatının belə xəbərlərlə terror təşkilatı PKK-ya qarşı ictimai reaksiyanı azaltmağı hədəflədiyi düşünülür.
Şayəstə





