AİM.az xəbər verir ki, Fransanın www.francsjeux.com idman saytında Birinci Avropa Oyunlarına dair “Bakı, kəşf olunmalı şəhər” başlıqlı məqalə dərc olunub.
Yazıda qeyd olunur ki, bu tədbir, idman yarışı olmağı ilə yanaşı, həm də qitə üçün tarixi əhəmiyyətə malikdir:
“Azərbaycan bütün qonaqlara təklif edir ki, Oyunlar ərəfəsində bu ölkəni gəzib, dolaşsınlar. Azərbaycanın tarixi və mədəniyyəti ilə yaxından tanış olsunlar. Biz də “FrancsJeux” olaraq planlaşdırırıq ki, paytaxt Bakının ən maraqlı məkanlarına baş çəkək. Öncə, YUNESCO -nun siyahısna düşmüş və öz qədimliyi ilə ilə seçilən İçəri şəhəri ziyarət emtəyi düşünürük. Deyilənlərə görə, orada çoxsaylı tarixi qədim memarlıq abidələri mövcuddur. Bundan sonra, XII əsrdə inşa olunmuş və Azərbaycanın tarixi simvolları kimi tanınan Qız qalası və Şirvanşahlar sarayına yollanacağıq. Hətta Xalça müzeyinə də gedəcəyik. Əldə etdiymiz məlumata əsasən həmin müzeydə çox qədim xalçalara rast gəlmək mümkündür”.
Eyni zamanda yazıda vurğulanır ki, qonaqlar Heydər Mərkəzində də olacaqlar:
“Çox möhtəşəm saraydır. 2012-ci ildə fəaliyyətə başlayıb. Müstəqil Azərbaycanın sabiq dövlət başçısı H. Əliyevin adını daşıyır. Bu müzeydə də çox maraqlı, real tarixi əks etdiərn eksponanatların olduğu söylənilir. Daha sonra Alov qülləsini də ziyarət edəcəyik. Deyilənə görə, bu qüllələr gecələr daha çox maraqlı olur. Göz oxşayır”.
Məqalədə oda diqqətə çatdırılır ki, saytın əməkdaşları Azərbaycanın Milli Bayraq Meydanını da gəzəcəklər:
“Deyirlər ki, bura da Bakının ən görməli güşələrindən biridir. Orada çox böyük ölçüdə və hündürlükdə Azərbaycanın üçrəngli bayrağı quraşdırılıb. Həmin bayraq Xəzər dənizinə baxıb dalğalanır”.
Mənsur Türksoy,
Aim.az



