Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti bildirib ki, FSO ilə birgə iş “Apple” mobil cihazları vasitəsilə həyata keçirilən elektron casusluq kampaniyasını üzə çıxarmağa imkan verib.
Elchi.az-ın Vesti.ru-ya istinadən xəbərinə görə, FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinin bəyanatında deyilir ki, müşahidə ABŞ kəşfiyyat orqanları tərəfindən əvvəllər məlum olmayan zərərli proqram təminatından istifadə etməklə həyata keçirilib və istehsalçı tərəfindən təmin edilmiş proqram təminatının zəifliyi səbəbindən mümkün olub.
Daxili rabitə infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi prosesində kəşfiyyat hərəkətini müəyyən etmək mümkün olub. Hesabatda qeyd edilir ki, rusiyalılardan başqa, Moskvadakı diplomatik nümayəndəliklərdə, o cümlədən NATO ölkələri, keçmiş SSRİ, İsrail, Mərkəzi Afrika Respublikası və Çinin nümayəndəliklərində qeydiyyatdan keçmiş SİM kart istifadəçiləri “Apple” qurğuları vasitəsilə müşahidənin qurbanı olub.
“Apple” qurğuları ənənəvi olaraq “Android” qadcetlərindən daha təhlükəsiz hesab olunurdu, lakin bir neçə il bundan əvvəl “iPhone” sahiblərinin İsrailin “NSO Group” şirkətinin “Pegasus” casus proqramından istifadə edərək izlənilməsi hekayəsi şirkətin imicinə ciddi zərbə vurub.
Yeganə




