"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

FSB Güləni necə çökdürdü?

17 Avqust 2016 - 11:17
in XƏBƏR LENTİ

Fətullahçı terror təşkilatı (FETÖ) Rusiyada mədəniyyət, media və biznes sahəsində fəaliyyətini davam etdirməyə çalışır.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

SSRİ dağıldıqdan sonra Fətullah Gülən Rusiyadakı ilk addımını müsəlmanların çoxluq təşkil etdiyi Tatarıstan və Qafqazda atdı.

 

Təşkilat ilk mərhələdə maliyyə məsələlərini həll etmək üçün 1990-cı illərdə qazanclı işlərdən biri olan Türkiyədən Rusiyaya çanta ticarətinə girişib. Bununla bərabər, təşkilat sonrakı mərhələlərdə inşaat sektorundan yararlanmağa başlayıb.

 

Rusiyada sistem qurulduqdan sonra FETÖ rusiyalı siyasətçilər və digər nüfuzlu şəxslərlə əlaqə qurmağa başlayıb. Daha sonra başqa sovet ölkələrində də təşkilatın rıçaqlarını yaratmaq üçün mədəniyyət, düşüncə, tarix və sənət mövzularını əhatə edən “Dialoq Avrasiya Platforması” yaradılıb.

 

Türkiyədə və Rusiyada 1998-ci ildə qurulan bu təşkilat xeyli nüfuzlu şəxsi özünə cəlb edə bilib. Eyni zamanda rusca “hə” mənasını verən “DA” (Dialoq Avrasiya) dərgisində FETÖ reklamı hazırlanıb.

 

FETÖ 1990-cı illərdə müsəlmanların çoxluq təşkil etdiyi Tatarıstan, Dağıstan, Başqırdıstan, Xakasiya, Qaraçay-Çərkəz, Saxa (Yakutiya) respublikalarında, Moskva, Yekaterinburq və Sankt-Peterburq kimi şəhərlərdə məktəblərini açıb.

 

Ancaq Rusiyada hər şey təşkilatın istədiyi kimi davam etməyib. 2000-ci illər FETÖ məktəbləri üçün heç də yaxşı illər olmaydı. Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) FETÖ-nun müdafiə etdiyi ideologiyanı və fəaliyyətini tezliklə nəzarətə götürdü. 2003-cü ildə Rusiyanın əksər şəhərlərində FETÖ məktəbləri milli təhlükəsizliyi təhdid etdiyi üçün bağlandı, Türkiyədən gələn FETÖ müəllimləri də ölkədən deportasiya edildi. O dövrdə prokurorluq FETÖ ideologiyasının totalitar təriqət olduğunu açıqlamışdı. Hətta Tatarıstan prokurorluğu FETÖ-nu Yehovanın Şahidləri, Məryəm Ana Mərkəzi, ABŞ və Avropada terror təşkilatı elan edilən Aum Sinrikyo kimi qeyri-ənənəvi dini cərəyanlarla müqayisə etmişdi.

 

Bütün araşdırmalardan sonra 2008-ci ildə Rusiya Ali Məhkəməsi FETÖ ideologiyasını ölkədə qadağan etdi. Hətta Rusiya xüsusi xidmət orqanları təşkilatın silahlı qanadı olduğunu ortaya çıxarmışdı. 2010-cu ildə Moskva yaxınlığında FETÖ-culara məxsus bir evə edilən basqın zamanı qumbaralar və partlayıcı maddələr aşkar olunmuşdu.

 

FETÖ məktəbləri Rusiyada bağlansa da, Gülən bu ölkədən əl çəkmək istəmirdi. Bu məqsədlə o, media, sənət, biznes sahələrində əlaqələri genişlədirmək üçün MİRNAS təşkilatını yaratdı. Paytaxt Moskvada bu günə qədər fəaliyyət göstərən bu təşkilat FETÖ-nun Rusiya elm dünyası və iş adamlarına qarşı təbliğat maşını kimi istifadə olunur. Su-24 böhranından sonra bu təşkilat Türkiyə əleyhinə təbliğat apararaq uzun müddət Prezident Rəcəb Tayyib Ərdoğanı tənqid etmişdi.

 

Moskvada 2011-ci ildə açılan Türk-Rus Mədəniyyət Mərkəzi FETÖ-nun əsas qollarından biridir. Sözügedən mərkəz türkcə dil kursları təşkil edir. Bu mərkəz başqa ölkələrdə olduğu kimi, “Dil və Mədəniyyət Festivalı” adı altında türkcə olimpiadaları da idarə edir.

 

Təşkilatın Rusiyada aktiv istifadə etdiyi sahələrdən biri də mediadır. Rusiyada türk dilində fəaliyyət göstərən Xəbərrus portalı FETÖ-nun yayım orqanı kimi tanınır.

 

Rus dilində çap olunan MK qəzetinin türk variantını isə Türkiyədə bağlanan Cihan agentliyindən ayrılanlar çap edir. Bu mətbu orqanlarda Türkiyənin İŞİD-i dəstəklədiyi tez-tez iddia olunur. Ayrıca, bu media orqanlarında çalışan jurnalistlər Türkiyədə AKP əleyhinə yazılan yazıları rus dilinə çevirib yerli mətbuata ötürməklə diqqət çəkir.

 

FETÖ-nun iş dünyasındakı qolu olan və təşkilatın əsas maliyyə dayaqlarından sayılan “Rus-Türk İş adamları Dərnəyi” (RUTİD) 2011-ci ildə Moskvada yaradılıb. Dərnəyin Moskva və Sankt-Peterburqda iki şöbəsi fəaliyyət göstərir.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Dollar bahalaşmağa davam edir

Next Post

Analitik İqor Muradyan: ‘Amerikalılar çox gözəl başa düşür ki, ermənilər normal xalq deyil’

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Analitik İqor Muradyan: ‘Amerikalılar çox gözəl başa düşür ki, ermənilər normal xalq deyil’

Rusiyadan gözlənilməz Türkiyə açıqlaması: “Hazırıq…”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.