Bortnikovun sözlərinə görə, xüsusi xidmət orqanları gəncləri işə cəlb edir.
Elchi.az xəbər verir ki, Milli Antiterror Komitəsinin informasiya mərkəzində MAK-ın iclasından sonra FSB rəhbəri Aleksandr Bortnikov mühüm bəyanatla çıxış edib. Onun fikrincə, Qərb kəşfiyyat orqanları Rusiya vətəndaşlarını işə cəlb edir.
Bortnikov qeyd edib ki, Ukrayna xüsusi xidmət orqanları və onların Qərb kuratorları ruslara və hər şeydən əvvəl gənclərə qarşı ideoloji və quldurluq işlərinə başlayıblar.
2022-ci ilin fevralından Rusiyada 118 terror cinayətinin qarşısı alınıb. Onların ifaçıları əsasən gənclər və yeniyetmələr idi.
Şayəstə




