Macarıstan nümayəndələri Avropa İttifaqı ölkələrinin daimi nümayəndələrinin iclasında Rusiya Federasiyasına qarşı növbəti sanksiyalar paketini dəstəkləməyiblər, Financial Times diplomatik mənbələrə istinadən yazır.
Elchi.az xəbər verir ki, diplomatlardan biri nəşrə müsahibəsində bildirib ki, Budapeşt bacardığı yerdə Avropa İttifaqına problemlər yaradır. O vurğulayıb ki, Macarıstan rəhbərliyinin hərəkətləri son vaxtlar kifayət qədər gözlənilməz xarakter alıb.
“Anti-Rusiya sanksiyalarına əlavə olaraq, Macarıstan Aİ fondunun həcminin artırılması ideyasına qarşı çıxıb”, – mənbə bildirib.
Diplomatın izah etdiyi kimi, məhz bu fonddan Brüssel Ukraynaya və digər dövlətlərə hərbi yardımın göstərilməsi üçün vəsait ayırır.
Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban Fransa lideri Emmanuel Makronun Aİ-nin Ukrayna münaqişəsi üçün ABŞ-dan qat-qat yüksək qiymət ödədiyi barədə bəyanatı ilə razılaşıb. Onun sözlərinə görə, yalnız sanksiyalar siyasətinin yenidən nəzərdən keçirilməsi Avropaya enerji böhranının öhdəsindən gəlməyə imkan verəcək.
Şayəstə






