Elchi.az Financial Times-ə istinadən xəbər verir ki, qərbdəki bəzi siyasətçilər hesab edirlər ki, Ankara Qara dəniz vasitəsilə xam neft nəqlini pozur.
Nəşrin yazdığına görə, Qərb ölkələri yanacaqla gəmilərin hərəkətini əngəlləmək üçün heç bir səbəb görmürlər. Məqalədə deyilir ki, söhbət Qazaxıstandan neft daşıyan tankerlərdən gedir. Materialda vurğulandığı kimi, bu cür yüklər Qərbin təsdiq etdiyi enerji qiymət tavanına tabe deyil, ona görə də Türkiyə Qara dənizdə nəqliyyatın normallaşdırılması üçün lazımi səyləri göstərməlidir.
“Qazaxıstandan gələn yüklərin sığortasının statusunda heç bir dəyişiklik olmamalıdır”, – qəzetin mənbəsi qeyd edib.
Nəşr onu da qeyd edir ki, 20-yə yaxın xam neft tankeri Ankaranın boğazdan keçməsinə icazə verməsini gözləyir. Qərb dövlət xadimləri hesab edirlər ki, Qara dənizdə yaranan problemlər Türkiyə rəhbərliyinin siyasi qərarlarının nəticəsidir.
Əvvəllər məlum olub ki, Rusiya neftinin marjinal dəyəri müəyyən edildikdən sonra Türkiyə sahillərində tıxac yaranıb.
Şayəstə





