"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

FTX İŞİD-ə qoşulan 6 azərbaycanlını həbs etdi, biri direktordur

28 Oktyabr 2014 - 11:38
in FLƏŞ, HADİSƏ

7c0420d1d907Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları ölkə ərazisində “İslam Dövləti” (İŞİD) üçün döyüşçülərin ələ alınıb cəlb edilməsi və bu qruplaşmanın maliyyələşdirilməsi mənbələrini üzə çıxarmaq üçün genişmiqyaslı əməliyyat başladıb.

Bunu da oxuyun

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

Virtualaz.org saytı “Rosbalt”a istinadən xəbər verir ki, əməliyyatın gedişində onlarla şübhəli həbs olunub. O cümlədən Moskvada İŞİD-ə qoşulan 6 azərbaycanlı saxlanılıb.

FTX-nin İŞİD tərəfdarlarına qarşı əməliyyatları son iki həftə ərzində Başqırdıstanda və Moskvada həyata keçirdiyi xəbər verilir. Saxlanılan Azərbaycan vətəndaşları Moskvanın Skotoproqonnıy keçidində avtoservislərin birində işləyib. Onlardan biri avtoservisin direktorudur.

“Əvvəllər onlar normal, işgüzar uşaqlar idilər, ancaq haradasa bir il əvvəl radikal islamçıları təbliğ edən şəxslərə qoşulublar. Saqqal buraxdılar. Sonra bizə məlumat daxil oldu ki, avtoservisdən əldə edilən gəlirlərin bir hissəsi Suriyaya göndərilir. Bundan əlavə, işçilər və onların direktoru digər Azərbaycan vətəndaşları arasında öz ideyalarını yayaraq onları Suriyaya döyüşməyə getməyə inandırmağa çalışırdılar” –deyə FTX-dəki mənbə bildirib.

Nəticədə Rusiyanın əks-kəşfiyyat xidməti həmin şəxslərin Rusiya üçün təhlükə təşkil etdiyini qərara alaraq onları “İslam Dövləti”nin maliyyələşdirilməsi ittihamı ilə həbs edib.

Mənbənin bildirdiyinə görə, son iki həftə ərzində FTX-nin Moskvada yaxaladığı İŞİD-çilər arasında  Qafqaz və Orta Asiya əsilli bir neçə qrup şəxs də var.

“Analoji əməliyyatlar Rusiyanın digər regionlarında da keçirilir, tədbir davam edir. Əks-kəşfiyyatçılar Başqırdıstan sakinlərinin Suriya və eyni zamanda Pakistan-Əfqanıstan sərhədinə göndərilməsinə dair bir neçə faktı araşdırmaqdadır” – mənbə əlavə edib.

“Bizim tərəfimizən aşkarlanan belə faktlardan birinə görə Başqırdıstanda 20 nəfərdən ibarət ailə gəlirli bizneslə məşğul olub. Ancaq sonra ailə üzvlərindən kişilər, ardınca qadınlar radikal islama meyl ediblər. Əvvəlcə onlar gəlirlərinin böyük hissəsini “İslam Dövləti”nə və “Taliban”a göndərməyə başlayıblar. Daha sonra ümumiyyətlə aktivlərini sataraq ailəliklə Pakistan-Əfqanıstan sərhədinə yollanıblar. Tanışlarının dediyinə görə, ailə Başqırdıstanda cihad olmadığı üçün cihad gedən yerlərə getməyə qərar veriblər” – deyə mənbə bildirib.

Mənbənin dediyinə görə, Rusiya Federal Təhlükəsizlik Xidməti ölkə ərazisində müsəlmanlar arasında “İslam Dövləti”nin tərəfdarlarının sürətlə artmasından ciddi narahatdır.

“İslam Dövləti” Rusiyada tərəfdarlar toplamaq üçün həm internetdən təbliğat aparır, həm də öz emissarlarını göndərir.


 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Kravçukun proqnozları doğruldu

Next Post

Bakıda helikopter satılır: kimlər alacaq?

Bənzər yazılar

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

06 May 2024 - 10:58

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

05 May 2024 - 13:23

Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı bloger Hüseyn Həsənovun 153 milyon rubldan çox vergi borcu var. Elchi.az xəbər verir ki, bu...

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

02 May 2024 - 16:46

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib. Elchi.az "TRT haber"ə istinadən...

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

01 May 2024 - 23:14

Gürcüstanın paytaxtı Tbilisidə polis parlamentin xidməti girişinin qapılarını sındırmaq istəyən etirazçılara su çiləyib, bibər qazı sıxıb. Elchi.az xəbər verir ki,...

Next Post

Bakıda helikopter satılır: kimlər alacaq?

Toy edənlərin haqqını yeyən restoranlar... - (Siyahı)

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.