Məhkəmə “Beşiktaş” klubunun keçmiş müdafiəçisi İbrahim Toraman haqda qərar çıxarıb.
Məhkəmənin qərarına görə, futbolçu həyat yoldaşını dəfələrlə döydüyü üçün 6 ay ərzində ondan 100 metr kənar gəzməlidir.
Məsələ ilə bağlı açıqlama verən İbrahim Toraman arvadını döyməsi ilə bağlı yayılan xəbərlərin yalan olduğunu deyib.
Bundan sonra onun arvadı Əyləm Toraman sosial şəbəkədə döyüldükdən sonra çəkilən fotosunu paylaşıb.





