Avropa ölkələrinin top reytinqi açıqlanıb.
Klubların nəticələrinə əsasən tərtib olunan cədvəldə 49 ölkə yer alıb.
Azərbaycan siyahının düz ortasında – 25-ci sırada qərarlaşıb. Ekvatorda olan futbolumuz 24 ölkəni qabaqlayırsa, eyni sayda ölkədən geri qalır. Hesabımızda 196 xal var.
Cədvələ İspaniya başçılıq edir – 6609 xal. İngiltərə 6439 xalla ikincidir. Almaniyanın 4294 xalı var.






