Gədəbəydə 41 yaşlı kişini quyu qazarkən elektrik cərəyanı vuraraq öldürüb.
Elchi.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Zəhmətkənd kəndi ərazisində baş verib.
Belə ki, 1981-ci il təvəllüdlü Gədəbəy rayon sakini Süleymanov Bəhruz Kərim oğlu oktyabrın 24-ü səhər saatlarında rayonun Zəhmətkənd kəndi ərazisində həyətyanı sahədə quyu qazarkən elektrik cǝrǝyanı vurması nəticəsində ölüb.
Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda araşdırma aparılır.
Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb
Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...





