
Gədəbəy rayonunda oğurluq hadisəsi baş verib.
Elchi.az xəbər verir ki, dekabrın 23-də Düzyurd kəndindəki evlərin birindən pul və 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Gədəbəy rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibinin qonşusu L.Quliyeva saxlanılıb.




