"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Gədəbəyin icra başçısı ideya oğurluğunda suçlandı

06 Fevral 2015 - 17:59
in GÜNDƏM

060213Gədəbəyin icra başçısı Ramiz Yediyarov növbəti dəfə skandalın mərkəzi fiqurudur. Gədəbəyli ziyalı, “Su İstehsalçıları” ictimai birliyinin sədri Dövlət Məmmədov deyir ki, bir qrup ziyalı ilə birgə doğma diyarın tarixi haqda film çəkmək istəyiblər. İdeyalarını icra başçısı ilə bölüşüblər və Ramiz Yediyarov onları oyundankənar vəziyyətdə qoyub.

Gədəbəyə film çəkənlər gedib…

“Erməni təbliğatçıları, xüsusən Zori Balayan son çıxışında xam xəyalını gerçək kimi təqdim edir. Deyir ki, Daşkəsən, Tovuz, Şəmkir, Gədəbəy və Xanlar rayonunu azərbaycanlılar zəbt edib. Biz o torpaqları qaytarıb öz torpaqlarımıza birləşdirməliyik. Onların yalanlarının necə ayaq tutub yeridiyini çox görmüşük. Ona görə də Bakıda yaşayan Gədəbəy ziyalıları bir yerə yığışıb qərara gəldik ki, rayonun tarixi haqda film çəkək və bu iddiaların yalan olduğunu filmdə faktlarla ortaya qoyaq” – deyə D.Məmmədov bildirir.

Yediyarov razılaşdı, amma…

Onun sözlərinə görə, 2014-cü ilin yayında gədəbəyli sahibkarların maliyyə dəstəyi ilə filmin çəkilişlərinə başlayıblar: “Heyət yaradıldı, ssenari müəllifi mən oldum. Həkim Rəşid Mahmudovu məsləhətçi götürdük. Filmin təşkilat işlərinə Habil Tağıyev rəhbərlik edirdi. O, Gədəbəy İcra Hakimiyyətinə gedib danışıq apardı. Ona demişdilər ki, ideyanı yüksək səviyyədə dəstəkləyirlər. Gədəbəyə gedib İcra Hakimiyyətində müavinlərlə görüşdük, filmin ideyası haqda məlumat verdik. Dedilər ki, texniki dəstək, kəndlərdəki tarixi abidələri göstərmək üçün bizə bələdçilər verəcəklər. 3 gün ərzində biz Gədəbəyin Nərimankənd, Çanaqçı, Karlovka, Alekseyevka kəndlərində çəkilişlər apardıq. Sonradan havalar soyudu və çəkiliş üçün əlverişsiz oldu deyə işi dayandırdıq. Karlovkoya gedən yolda çox qədim bir mağarada çəkiliş apardıq. Karlovkadakı rus qəbristanlığını çəkdik. Həmin qəbrlərin üstündə adlar, soyadlar rus dilində yazılsa da, xaç şəkli yoxdur. Bu danılmaz bir faktdır. Bakıya qayıdıb havaların bir qədər mülayimləşməsini gözlədik. Növbəti dəfə Gədəbəyə gedəndə icra başçısının müavinləri bizi sorğu-suala tutdular, niyə gəldiyimizi, nə istədiyimizi soruşdular. Bu münasibət bizi təəccübləndirdi. Sanki bu adamlar bizi tanımırdılar. Deyirdilər ki, imkan verin işləyək. Sərgilədikləri münasibətin kökündə nə dayandığını bilmədik. Onlara dedik ki, biz sizdən heç nə istəmirik. Dağılan, əldən gedən abidələri də ona görə çəkirik ki, bu abidələrin varlığını sonradan mənfur erməniyə sübut edə bilək. Beləcə İcra Hakimiyyətindən çıxdıq”.

Orada gördüklərimiz bizi xeyli təəccübləndirdi

D.Məmmədovun sözlərinə görə, rayonun Qalakənd kəndinə gedib oradakı qədim mağaraları, qalaları, məbədləri çəkiblər: “10 gün ərzində demək olar ki, Gədəbəyin bütün qalalarını, mədrəsələrini, qəbristanlıqlarını, eyni zamanda Başkənddə erməni qəbristanlığını da çəkdik. Məqsədimiz ermənilərin ərazidə nə vaxt məskunlaşdığını müəyyən etmək idi. Orada gördüklərimiz bizi xeyli təəccübləndirdi. Ermənilər öz qəbirlərini bizim dədə-babamızın qəbrləri olan qəbristanlığa bitişik salıblar. Alban qəbirstanlığında uyuyan dədə-babamızın qəbrlərinin üstündə xaç var. Erməni qəbrləri üstündə də xaç var. Deməli, bunlar əvvəldən qəbirstanlıqlarını alban qəbirstanlığına bitişik salmaqla həmin qəbirlərin də güya onlara aid olduğuna iddia etmək niyyətləri olub. Halbuki qəbirstanlıqdakı ən köhnə erməni qəbri 1892-ci ildə basdırılan birinin qəbridir”.

Beləcə, ermənilər qızı bəyə veriblər…

D.Məmmədov deyir ki, qəbirstanlıqda gördüklərindən sonra yerli yaşlı sakinlərlə məsələni aydınlaşdırıblar: “Qocalardan öyrəndik ki, ermənilər Gədəbəy torpaqlarına Aran bəyin çobanı olaraq gəliblər. Həmin ərazi bəyin yaylaq yeri olub. Hər il ermənilər Təzə Bayazıddan həmin Aran bəyinin qoyunlarını otarmağa gəliblər. Bir gün bəy arandan gələndə gözü erməni qızına sataşıb və koxasına 10 qızıl verib ki, apar erməniyə ver, de ki, qızını alıram. Koxa qızılı erməniyə verib və bəyin təklifini çatdırıb. Beləcə, ermənilər qızı bəyə veriblər və ondan qışda Gədəbəydəki həmin ərazidə yaşamağa icazə alıblar. 1929-cu ildə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə torpaqlar Ermənistana verilib”.

Xəbər gəldi ki, Yediyarov…

D.Məmmədov deyir ki, bütün yalanların ömrü qısa olduğu kimi, ermənilərin də yalanı beləcə ifşa olunub:
“Biz filmin çəkilişinə əvvəlcə xoş, sonradan isə tamamilə əks-reaksiya sərgiləyən Ramiz Yediyarovun hərəkətini özlüyümüzdə aydınlaşdırmağa çalışdığımız bir vaxtda
Gədəbəydən xəbər gəldi ki, başçı işçilərinə göstəriş verib, tapşırıb ki, kəndlərə gələn alim və professorlara Gədəbəyin 3500 illiyinin keçirməsi haqda xəbər verilsin. Onları Yediyarovun adından yubileyə dəvət etsinlər. Bəzi alimlər dəvəti qəbul etməyiblər. Yığıncağa getməməklə Yediyarova öz etirazlarını bildiriblər, deyiblər ki, yubiley respublika səviyyəsində olmalı, tarixi kitablar çap edilməlidir. Yediyarov isə özbaşına rayona gələn ziyalıların siyahısı tutdurub və Bakıdan da qonaqlar dəvət edib. RİH işçiləri Gədəbəydə yaşayan ziyalıları siyahıya salmayıblar və onları keçirdikəri yığıncağa da buraxmayıblar. Filmin çəkilişinin təşkilatçısı Gədəbəydə olanda eşidib ki, icra başçısı yubiley keçirir. O mədəniyyət evinə gedib, lakin onu zala buraxmayıblar.
Deyiblər ki, zala Yediyarovun siyahısı üzrə adam buraxırıq. Sonradan həmin yubiley adına keçirilən tədbirin videosunu əldə edib baxdıq. Məsələ bizə aydın oldu. Deməli, Habil Tağıyevı zala ona görə buraxmayıb ki, o çıxış edib Ramiz Yediyarovun yalanını üzə çıxarda bilər. Məlum olar ki, icra başçısı bizim ideyanı oğurlayıb və film əvəzinə özünü təriflətdirmək, mədh etdirmək üçün tədbir keçirib”.

Biz mal oğrusu, toyuq oğrusu eşitmişdik, amma ideya oğrusu…

D.Məmmədov deyir ki, anadan olduğu torpağa onu kökü, əcdadları bağlayır: “Mən Gədəbəyi icra başçılarına görə istəmirəm. Onlar gəldi-gedərdirlər. Mən Gədəbəyi doğma torpağım olduğuna görə, vüqarlı və sadə insanlarına görə sevirəm. Rayonda görülən işlər dövlət başçısının göstərişi ilə həyata keçirilir. Amma gedin baxın, yollar bərbaddır, bulaqlar quruyub, meşələr qırılır. 1 maşın odun 400 manatdır. Camaat əziyyət çəkir. Rayonda 30 faiz qaz var.
Bu gün rayonda qazlaşdırma niyə dayandırılıb? Niyə görə Gədəbəyə gətirilən qaz boruları yenidən Bakıya daşınıb? Gədəbəydə nə qədər iş yeri var və nə vaxt yeni iş yerləri açılacaq? Bu suallara cavab vermək, iş görmək, əhalinin rifahını yaxşılaşdırmaq əvəzinə Yediyarovun başı özünü təriflətdirməyə qarışıb. Həmin tədbirdə 3 məsələ qoyulub: – Gədəbəyin 3500 illiyi; Gədəbəy bu gün; Gədəbəy ziyalıların gözü ilə.
Təbdirdə aparıcı Ramiz Yediyarovu tarixi yubileyin ideya müəllifi, təşkilatçısı kimi təqdim edib. Zaldakıları aldadıblar. Bu ideya Ramizin deyildi. Biz mal oğrusu, toyuq oğrusu eşitmişdik, amma ideya oğrusu görməmişdik, bunu da gördük. Gədəbəydə Ramiz Yediyarov bunu da etdi. Ziyalıalrı aldatmaq lazım deyildi”.

Tədbirdə deputatlar…

D.Məmmədov deyib ki, filmin 90 faizi çəkilib və yaz aylarında çəkilişləri tam olaraq yekunlaşdırıb ictimaiyyətin müzakirəsinə təqdim edəcəklər: “Gədəbəy mədəniyyət abidələrinin tarixi eramızdan 14 əsr əvvələ gedib çıxır. Yediyarovun tədbirində çıxış edənlər 14-cü əsrin adını çəkib birbaşa 19-cü əsrə – Simens qardaşlarına keçiblər. 14 əsr ordan, 18 əsr buradan – yəni 3 min 200 ili “unudub”lər. 3 min 200 ildə bu torpaqlarda kimlər yaşayıb? Bu mədəniyyət abidələrini, qalaçaları, atəşgahları, qalaları, məbədləri, kilsələri, tanrı evlərini kimlər tikib? Gədəbəy hansı imperiyaların, knyazlıqların, xanlıqların nəzdində olub? Əfsuslar olsun ki, bu suallara həmin tədbirdə cavab verilməyib. Tədbirdə deputatlar Sevinc Hüseynova, Rafiq Məmmədhəsənov Ramiz Yediyarova təşəkkür ediblər. Deməyimiz odur ki, bu tədbir icra başçısından başqa kimsəyə lazım olmayıb. Yediyarov orada özünün piar kampaniyasını qurub”.

Gədəbəydə Pompeyin medalı satılır!

D.Məmmədov icra başçısının həmin tədbiri keçirməklə prezidentin səlahiyyətlərinə aid işlərə qarışdığını bildirdi:
“Yubiley tədbirinin keçirilmə qaydası var. Bunun üçün prezidentin sərəncamı olmalıdır. Mətbuatda külli məqalələr yazılmalı, yubileyi keçirilən diyarın küçələrı bəzdilməlidir. Prezident sərəncam vermədən Ramiz Yediyarov özü qərar verib və gizli yubiley keçirib. Onun tarixi abidələrdən danışmağa haqqı yoxdur. O vəzifəyə gəldiyi ilk gündən tarixi abidələrə qənim kəsilib. Gədəbəy Rayon İcra Hakimiyyətinin girişində dövlət vəsaiti hesabına park salınmışdı. Həmin parkda qədim tarixə malik, üzərində ərəb əlifbası ilə yazılar olan qoç heykəlləri vardi. Ramiz Yediyarov icra başçısı kimi ilk işi o heykəlləri parkdan çıxarıb zibilliyə atdırması oldu. Bu Yediyarovun tarixi abidələrə münasibətidir. Şınıxın Göyəlli kəndinə avtomobil yolu çəkiləndə yoldan əsgər heykəli çıxıb. Həmin heykəli köhnə icra başçısına verilmişdi. O kabinetini Ramiz Yediyarova təhvil verəndə heykəli də verib. Bu gün Gədəbəydə qədimi, tarixi eksponatların abidələrin satışı gedir. Təsəvvür edin ki,bu gün Gədəbəydə eramızdan əvvəl Qafqaza hucum etmiş Pompeyin medalı satılır! Bu gün Gədəbəyin tarixi nəzarətsizdir. İşbazlar alver edir. Tarixi abidələrin içində mal heyvan saxlayırlar”.

Bu yığıncaq kimə lazım idi?

D.Məmmədov belə bir vəziyyətdə R.Yediyarovun keçirdiyi plagiat tədbirin kimə lazım olması sualını verir:
“Bu yığıncaq kimə lazım idi? Təsəvvür edin ki, orada çıxışçı alimlərdən biri Gədəbəyin məşhur qanadlı körpüsünün vəziyyəti, Simenslərdən qalan dəmir relslər haqda suallar verib. Lakin ona həmin tədbirdə cavab verən tapılmayıb. Bu gün ermənilərə cavab üçün yaxşı olar ki, Milli Elmlər Akademiyası onların iddia etdiyi ərazilərdə tədqiqat aparsın. Buna Azərbaycan dövlətinin imkanı var”.
Gədəbəyin icra başçısı ideya oğurluğunda suçlandı
Gədəbəyin icra başçısı ideya oğurluğunda suçlandı
Gədəbəyin icra başçısı ideya oğurluğunda suçlandı
Gədəbəyin icra başçısı ideya oğurluğunda suçlandı
Gədəbəyin icra başçısı ideya oğurluğunda suçlandı
Gədəbəyin icra başçısı ideya oğurluğunda suçlandı

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

13 rəqəmi nazirə düşməyə bilər: Fəaliyyətinin 13-cü ilində yola salınacağı gözlənilir – Ziya Məmmədovun qürubu

Next Post

İcra başçısından sahibkara qarşı son həmlə – "Bazarı bağlamasanız sizi işdən qovacam"

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

İcra başçısından sahibkara qarşı son həmlə - "Bazarı bağlamasanız sizi işdən qovacam"

Qusar gömrüyü - işgəncə aparatı...

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.