Bu ilin iyun ayına qədər Somalidə 1,7 milyon nəfər insan kəskin qida çatışmazlığı ilə üzləşəcək (Bu rəqəm 10 faiz artıb).
Moderator.az xəbər verir ki, “Anadolu” agentiyinin məlumatına görə, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dyucarrik danışıb. O bildirib ki, Somalidə aclıq göstəriciləri birbaşa quraqlıqla əlaqəlidir.
“İyun ayında Somalidə kəskin qida çatışmazlığından əziyyət çəkən uşaqların sayı 954 minə çatacaq və onların 174 min 600 nəfəri kritik qrupa düşəcək”, – deyə Dyucarrik məlumat verib. BMT Baş Katibinin nümayəndəsi Somaliyə göndərilməli olan 1.08 milyard dollar həcmindəki köçürmələrin yalnız 19 faizinin ünvana çatdığını vurğulayıb. Bu da səhiyyə müəssisələrinin, xüsusilə, gigiyena və təmiz su ilə əlaqədar obyektlərin fəaliyyətinin məhdudlaşmasına gətirib çıxarıb.
P.S. Sağlam olduğu halda Ramazan boyu Allah yolunda 15-16 saat aclığa dözməyi özünə rəva bilməyib gündə restoranlarda, gecə klublarında, otellərdə yeyib-içməyə, əyləncələrə yüz minlərlə dollar xərcləyənlər nəticə çıxarsın… O acların yemək-içməyini belələri fidyə olaraq ödəməlidir…





