"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Gələn il 2 Günəş və 2 Ay tutulması baş verəcək

31 Oktyabr 2023 - 13:00
in XƏBƏR LENTİ

2024-cü ildə 2 Günəş və 2 Ay tutulması baş verəcək.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Elchi.az-a verilən məlumata görə, 2024-cü ilin 1-ci Günəş tutulması aprelin 8-də qeydə alınacaq. Bu tutulma tam Günəş tutulması olacaq. Tutulma hadisəsi aprelin 8-də Bakı vaxtı ilə saat 19:42:07-də başlayacaq və 9 aprel saat 00:52:14-də sona çatacaq. Tutulma hadisəsi 5 saat 10 dəqiqə 7 saniyə davam edəcək. Tam tutulma prosesi 3 saat 16 dəqiqə 45 saniyə davam edəcək. Tam tutulmanı Meksikadan, ABŞ və Kanadadan izləmək olacaq. Qismən tutulma isə Şimali Amerikanın demək olar ki, hər yerində, Atlantik və Sakit okeandan görünəcək. Azərbaycan ərazisində Günəş üfüqdən aşağıda olduğuna görə müşahidə olunmayacaq.

2024-cü ilin 2-ci Günəş tutulması oktyabrın 2-də baş verəcək. Tutulma halqavari Günəş tutulmasıdır. Ay Yerdən uzaq məsafədə olduqda bucaq ölçüsü Günəşin bucaq ölçüsündən kiçik olduğuna görə tutulma zamanı Günəşin səthini tam bağlamır və Ayın ətrafında parlaq halqa yaranır. Tutulma hadisəsi oktyabrın 2-də Bakı vaxtı ilə saat 19:42:47-də başlayacaq və 3 oktyabr saat 01:46:47-də sona çatacaq. Tutulmanın maksimumu 2 oktyabr saat 22:44:51-də olacaq. Tutulma hadisəsi 6 saat 4 dəqiqə davam edəcək. Tam tutulma oktyabrın 2-si saat 20:50:24-də başlayıb, oktyabrın 3-ü saat 00:39:04-də başa çatacaq. Tam tutulma prosesi 3 saat 48 dəqiqə 40 saniyə davam edəcək. Ay Yerdən daha uzaq məsafədə olduqda bucaq ölçüsü Günəşin bucaq ölçüsündən kiçik olduğuna görə mərkəzi tutulma zamanı Ay Günəşin səthini tam bağlamır və Ayın ətrafında parlaq həlqə yaranır. Ona görə bu zaman baş verən tutulma həlqəvari Günəş tutulması adlanır. Həlqəvari Günəş tutulması Çili və Argentinanın cənubunda müşahidə olunacaq. Ən azından qismən tutulma görən ölkələr Şimali Amerikanın cənubu, Cənubi Amerikanın böyük hissəsi, Sakit və Atlantik okeanlar, Antarktida olacaq. Tutulma Azərbaycandan müşahidə olunmayacaq.

2024-cü ilin 1-ci Ay tutulması martın 25-də olacaq. Bu, yarımkölgəli Ay tutulmasıdır. Tutulma hadisəsi Bakı vaxtı ilə saat 08:53:11-da başlayıb, saat 13:32:18-də sona çatacaq. Tutulmanın maksimumu saat 11:13:59-da olacaq.

Tutulma Amerika, Antarktida, Alyaska və Rusiyanın şimal-şərqi daxil olmaqla, Ayın üfüqün üstündə olduğu istənilən yerdə görünəcək. Tutulma Azərbaycandan müşahidə olunmayacaq, çünki Ay həmin vaxt üfüqün altında olacaq. Yarımkölgəli Ay tutulmasını adi gözlə görmək çətin olur, çünki kölgəli hissə Ayın qalan hissəsindən azacıq zəifdir.

2024-cü ilin 2-ci Ay tutulması sentyabrın 18-də baş verəcək. Bu, qismən Ay tutulmasıdır.

Qismən Ay tutulması Bakı vaxtı ilə saat saat 04:41:02-də başlayıb, saat 08:47:18-də sona çatacaq. Tutulmanın maksimumu sentyabrın 18-i saat 06:44:10-da baş verəcək. Saat 06:12:48-də qismən tutulma başlayacaq və saat 07:15:35-də sona çatacaq. Saat 04:41:02-da yarımkölgəli tutulma başlayacaq və saat 08:47:18-də sona çatacaq.

2024-cü ilin 2-ci qismən Ay tutulmasını Şimali və Cənubi Amerika, Antarktida, Afrika, Avropa, Qərbi Asiya və Rusiyanın cənub-qərbi daxil olmaqla, Ayın üfüqün üstündə olduğu istənilən yerdən müşahidə etmək mümkün olacaq. Azərbaycan ərazisində səhər saatlarında saat 04:41-dən 06:19-a kimi yarımkölgəli Ay tutulmasını müşahidə etmək mümkün olacaq.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

2024-cü ildə fəsillərin Azərbaycana daxilolma vaxtları AÇIQLANDI

Next Post

Aİ-də qaz anbarlarının doluluq səviyyəsi ilk dəfə olaraq 99%-i ötüb

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post
Aİ-də qaz anbarlarının doluluq səviyyəsi ilk dəfə olaraq 99%-i ötüb

Aİ-də qaz anbarlarının doluluq səviyyəsi ilk dəfə olaraq 99%-i ötüb

İsrail “Al Mayadeen” telekanalının yayımının qadağan edilməsini tələb edir

İsrail "Al Mayadeen" telekanalının yayımının qadağan edilməsini tələb edir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.