Sumqayıtda gəlininin ölümünə dözməyən qayınananın ürəyi partlayıb.
Elchi.az Report-a istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin Şirvan yaşayış massivində qeydə alınıb.
Belə ki, 1982-ci il təvəllüdlü Nuranə Məhəmməd qızı Məmmədova yaşadığı evdə uzun sürən beyin quruması xəstəliyindən vəfat edib. Onunla eyni ünvanda yaşayan qayınanası, 1952-ci il təvəllüdlü Gülnaz Nüsrəddin qızı Məmmədova gəlininin vəfatından həyəcanlanaraq vəziyyəti pisləşib və ölüb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.






