Gəncə hadisələrinin fəal işti­rak­çısı ölkədən qaçarkən saxlanıldı – FOTO

Bunu da oxuyun

Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən dövlət sər­­hədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində təd­birlər da­vam et­dirilir.

Qeyd edilən tədbirlər sırasında hüquq-mühafizə orqanları tərəfin­dən barəsində axtarış elan olunmuş şəxslərin ölkəyə gələrkən və ölkədən gedərkən dövlət sərhədindən buraxılış məntəqələrində aşkar­lanması mühüm əhəmiyyət kəsb edir.

DSX-dən Trend-ə verilən məlumata görə, təkcə 2018-ci il ərzində bu kateqoriyadan olan 3811 nəfər şəxs dövlət sərhədində saxlanılaraq aidiyyəti orqanlara təhvil verilib.

2018-ci ilin avqust ayının 1-də Gəncə hadisələrinin aktiv işti­rak­çısı olmaqda şübhəli bilindiyinə görə axtarışda olan Azərbaycan Res­publikasının vətəndaşı 27.02.1994-cü il təvəllüdlü Gəncə şəhər sakini İsmayılov İsmayıl Kamil oğlu “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində ölkə ərazisindən Gürcüstana gedərkən saxlanılıb və aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə təhvil verilib.

image description

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728