"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Gəncə, Sumqayıt və Abşeronda I sinfə elektron qəbul başlayıb

12 Mart 2018 - 12:45
in CƏMİYYƏT
Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunda 2018-2019-cu tədris ili üzrə birinci sinfə elektron sənəd qəbulu başlayıb.

APA-nın xəbərinə görə, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə ümumi təhsil müəssisələrinə I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçiriləcək.
Sentyabrın 15-dək davam edən elektron ərizənin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər.
Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Gəncə şəhəri üzrə 5, Sumqayıt şəhəri üzrə 4, Abşeron rayonu üzrə 6 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər. Birinci sinfə şagird qəbulu prosesində valideynlərlə (qanuni nümayəndələrlə) qeydiyyat və sənəd qəbulu üzrə yarana biləcək mübahisəli məsələlərin həlli məqsədilə Gəncə şəhəri üzrə 1, Sumqayıt şəhəri üzrə 1 və Abşeron rayonu üzrə 1 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyaları təşkil olunub.
Gəncə Şəhər Təhsil İdarəsinin (022) 256-15-76 nömrəli telefonu, ganja@edu.gov.azelektron poçt ünvanı vasitəsilə, Sumqayıt Şəhər Təhsil Şöbəsinin (018) 642-00-88 nömrəli telefonu, esumgayıt@edu.gov.az elektron poçt ünvanı vasitəsilə, Abşeron Rayon Təhsil Şöbəsinin (012) 342 29 06 nömrəli telefonu, absheron@edu.gov.azelektron poçt ünvanı vasitəsilə və Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (tel:146) zəng etməklə, suallara aydınlıq gətirmək mümkündür.
Bu il 6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan, xüsusi istedadı ilə fərqlənən uşaqların valideynlərinin (qanuni nümayəndələrinin) elektron ərizələrinin Gəncə Şəhər Təhsil İdarəsi, Sumqayıt Şəhər Təhsil Şöbəsi və Abşeron Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə qeydiyyatı martın 12-dən iyunun 20-dək aparılır. “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən, xüsusi istedadı ilə fərqlənən uşaqların I sinfə qəbulu Gəncə Şəhər Təhsil İdarəsi, Sumqayıt Şəhər Təhsil Şöbəsi və Abşeron Rayon Təhsil Şöbəsi tərəfindən yaradılmış Müsabiqə Komissiyası tərəfindən iyun-iyul ayları ərzində müsahibə üsulu ilə aparılacaq.
Yaşı 8-dən yuxarı olan uşaqlar “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunurlar. Yaşı 8-dən yuxarı olan uşaqların valideynləri www.mektebeqebul.edu.az saytında qeydiyyatdan keçdikdən sonra həftənin II və IV günləri yaşayış yerindən arayış, 2 ədəd 3×4 rəngli fotoşəkil, valideynin (və ya qanuni nümayəndənin) və uşağın şəxsiyyətini təsdiq edən sənəd, ehtiyac yaranarsa, sağlamlıq haqqında arayışla (forma 26U) Sumqayıt Şəhər Təhsil Şöbəsində, Gəncə Şəhər Təhsil İdarəsində, Abşeron Rayon Təhsil Şöbəsində yaradılmış müvafiq komissiyaya müraciət etməlidir. Valideynlərə həmin komissiyaya uşağı da özləri ilə gətirmələri tövsiyə olunur.
Abşeron rayonu, Sumqayıt və Gəncə şəhərlərində I sinfə qəbul prosesində ərazi prinsipi tətbiq olunmur.
Qeyd edək ki, bu il ilk dəfə olaraq Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunda 2018-2019-cu tədris ili üzrə birinci sinfə elektron sənəd qəbulu həyata keçirilir.
Xatırladaq ki, Bakı şəhəri üzrə I sinfə qəbul fevralın 22-də başlayıb.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Putindən ŞOK ETİRAF: Türkiyəyə məxsus sərnişin təyyarəsinin vurulması əmrini verdim

Next Post

1200 məktəbli qız abort etdirib? – Səhiyyə Nazirliyindən MÜNASİBƏT

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
1200 məktəbli qız abort etdirib? – Səhiyyə Nazirliyindən MÜNASİBƏT

1200 məktəbli qız abort etdirib? - Səhiyyə Nazirliyindən MÜNASİBƏT

Kim Çen In ABŞ-la sülh sazişi imzalamaq niyyətindədir

Kim Çen In ABŞ-la sülh sazişi imzalamaq niyyətindədir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.