Azərbaycan Respublikasının baş prokuroru cənab Zakir Qaralova
Daxili İşlər naziri cənab Ramil Usubova
Ədliyyə naziri cənab Fikrət Məmmədova
Gəncə şəhər sakini Məhəmməd Qalamirzə oğlu Gəncəvi tərəfindən
M Ü R A C İ Ə T
Vaxtilə mənimsənilmiş pulumun özümə qaytarılması üçün Gəncə şəhər prokuroruna, şəhər polis idarəsinə, Kəpəz rayon polis şöbəsinə, şəhər icra hakimiyyətinə və penidensiar xidmətinə dəfələrlə etdiyim müraciətə cavab verildi ki, 16 saylı cəzaçəkmə müəssisəsində və Gəncə şəhər prokurorluğunda araşdırma aparılarkən şikayətim öz təsdiqini tapmayıb.
Bu adamlar necə araşdırma aparıblar ki, mən 16 saylı həbsxana müdiriyyətinə çağırılmamışam. Onlar necə araşdıma aparıblar ki, mən heç bir əsas olmadan karsa salınarkən üstümdən çıxan 168 manat 80 qəpik pulumu Arif adlı nəzarətçi məndən alıb, Famil adlı zabitə vermişdir.
Ancaq mən azad olunandan sonra, Famil müəllimdən pulumu istədikdə, o demişdi ki, pulu həbsxananın rəisi Bəhrəm müəllimə verdim. Bu adam indi də deyir ki, sənin pulun Bəhrəm müəllimdədir.
Onu da qeyd edim ki, mən Kəpəz rayon polis şöbəsinin təcridxanasına salınarkən yenə də dişlərim üçün yığdığım və üstümdən çıxan 100 ABŞ və 110 AZN milli pulumu, təcridxana rəisi Nizami Mehdiyev adlı zabit öz işçisinin yanıda akt əsasında məndən aldı. Mən Nizamidən AKT-ın bir üzünü istədikdə, o mənə dedi ki, sənə şər atıblar, Vaqifin qardaşları minnətə gəliblər, səni buraxacaqlar. Onda sənin pulunu da, telefonunu da özünə verəcəm. Sən demə, N.Mehdiyev məni aldadırmış.
Cənab baş prokuror! Cənab Nazirlər!
Mənə təsir edən odur ki, cinayət axtarış müvəkkili Vaqif Hümbətov məhkəmədə öz dostlarının cinayətlərini ört-basdır etmək adı ilə və mən həbs olunum deyə, utanmadan, qızarmadan hökumətdən, hətta onun prezidenti İ.Əliyev cənablarından çəkinmədən mənə və prezidentimizə şər atacaq, məsxərəyə qoyaraq, irişə-irişə yalandan deyəcək ki, möhtərəm hakim, Məhəmməd dəli olub, prezidentlərin şəkillərini cırmış, təhqir etmişdir. Şöbədən çıxanda Məhəmməd qəfildən cibindən bıçaq çıxardaraq məni vurmaq istəyəndə, qolunu buraraq yenə yıxıb, bıçağı əlindən aldım…
On nəfər polis işçisi və prezidentlərin şəkillərini təhqir edib cıranlar F.Abdullayeva və N.Məmmədova da B.Hümbətovun yalandan dedikləri sözləri təsdiq etdilər, hadisəni öz gözlərilə gördüklərini dedilər. B.Hümbətovla gizlində yaşayan N.Məmmədova mənə şər və böhtan ataraq dedi ki, möhtərəm hakim, prezidentlərin şəkillərini Məhəmməd özü təhqir edib cırıbdır.
Halbuki mənimlə ailəvi dost və qonşu olan N.Məmmədova 1-ci dəfə iş yerimə gələrək H.Əliyev, İ.Əliyev və Mir Cəlal Paşayevin plakat şəkillərinin F.Abdullayevanın, sakinlərin gözü qarşısında, təhqir edərək, cırması xəbərini mənə demişdi.
Lakin sonradan F.Abdullayeva törətdiyi cinayətin ağır nəticələr verəcəyini dərk etdiyindən Gəncə şəhər polis idarəsinin keçmiş rəisi R.Musayevin tapşırığı ilə V.Hümbətov və N.Məmmədova çox hörmətli prezidentlərimizə qarşı hörmətsizlik edərək F.Abdullayevanın tərəfinə keçdilər.
Beləliklə, R.Musayevin sifarişilə Kəpəz rayon xalq məhkəməsinin hakimi C.Babayev mənə 4 il 6 ay iş kəsdi.
Cənab hörmətli Baş prokuror!
Cənab hörmətli nazirlər!
Mən həbs edildikdən sonra N.Məmmədova məndən yenə də əl çəkməyərək mənə və müdiriyyətə şər və böhtanlar ataraq şikayət ərizəsi yazaraq bildirmişdi ki, guya mən həbsxanadan N.Məmmədovaya və poliklinika müdirinə zəng edərək onları ölümlə hədələmişəm, demişəm ki, həbsxanadan çıxan kimi, hər ikinizi öldürəcəm.
Hörmətli baş prokuror!
Cənab nazilər!
Sual oluna bilər!
Respublika Səhiyyə Naziri O.Şirəliyev cənabları, onun vəzifəli həkimləri və YAP üzvləri ümummilli liderimiz H.Əliyev, İ.Əliyev və Mir Cəlal Paşayevin şərəf və ləyaqətlərini beləmi qoruyurlar?
Cənab baş prokuror və nazirlər!
Mənə qarşı qaldırılan ittihamları rədd edirəm və böhtan adlandırıram.
Bu, şəxsən Heydər Əliyev və İlham Əliyev cənablarına qarşı hörmətsizlik göstərən R.Musayev cənablarının göstərişidir.
Heç bir sübut olmadan məhkəmənin belə qərar çıxarması, məhkəmənin sifarişli olmasından xəbər verir.
Mən istintaqa böyük köməkliklər etmək istəmişəm. İstəmişəm ki, onlarla yaxşı əlaqələr qurum. Mən H.Əliyev və İ.Əliyev cənablarının əleyhinə fəaliyyət göstərənlərə mane olmuşam. Şəhər prokuroru A.Vəliyev, bu hadisənin şahidi olsa da, polis rəisi R.Musayev cənablarına görə normal araşdırma apara bilməzdi.
A.Vəliyev Gəncə şəhərində neçə vaxt işləməsinə baxmayaraq, Gəncə prokurorluğunun yarıtmaz prokurorudur.
A.Vəliyev şəhər prokurorluğunu təmsil etməyə mənəvi haqqını itirib.
A.Vəliyevin açıqlaması açıqlama deyil, çirkin məqsəd güdən sayıqlamadır.
Cənab baş prokuror və nazirlər!
Buna görə də mən H.Əliyev, İ.Əliyev, Mir Cəlal Paşayev, hətta türk dünyasının lideri Atatürkün ünvanına danışılan nalayiq sözlərə dözə bilməyərək və heç kimdən çəkinmədən, şöbənin qarşısında, məhkəmədə, Gəncədə, hətta ağır rejimli Qobustan Qapalı həbsxanasında onların layiqli cavablarını vermişəm. Bundan sonra da verəcəm.
Mən Heydər Əliyev siyasi kursunun tərəfdarı kimi iddiamdan geri çəkilən deyiləm.
Həm də mənə lazımdır ki, bunların arxasında duran kimdirsə, üzə çıxsın.
Sizdən xahişim budur ki, cinayətkarlar layiqli cəzalarını alsınlar. Onlar tərəfindən mənə dəyən ziyan ödənilsin.
Dərin hörmətlə,
Məhəmməd Qalamirzə oğlu Gəncəvi
(ardı olacaq)
ELCHİ.AZ: Qarşı tərəfin fikirlərini də dərc etməyə hazırıq.



