Gəncədə avtomobil elektrik dirəyinə çırpılıb, ölən və xəsarət alanlar var.
Elchi.az Report-a istinadən xəbər verir ki, hadisə Atatürk prospektində qeydə alınıb.
“Toyota” markalı avtomobilin idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılması nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib, daha 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb
Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...




