"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Gəncədə narkomaniya ilə bağlı tədbir keçirilib – FOTOLAR

31 Oktyabr 2022 - 14:12
in CƏMİYYƏT

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin icra etdiyi “Narkomaniya: ağır və erkən ölüm” layihəsi çərçivəsində Gəncə şəhərində fəaliyyət göstərən Azərbaycan Texnologiya Universitetinin (UTECA) akt zalında tələbə və gənclərlə görüş keçirilib.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Görüşdə Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və İdman komitəsinin üzvü, Gəncədən olan millət vəkili Müşfiq Cəfərov, Azərbaycan Texnologiya Universitetinin ümumi işlər üzrə prorektoru Rauf Bağırov, Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Gülnar Rzayev, UTECA-nın elm və beynəlxalq əlaqələr üzrə müşaviri Mayıs Gülalıyev və digər qonaqlar iştirak ediblər.

100-ə yaxın gəncin, tələbənin iştirak etdiyi tədbirdə giriş sözü ilə çıxış edən “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədr müavini Telman Məmmədov təmsil etdiyi qurumun layihə çərçivəsində gördüyü işlərdən danışıb, narkomaniya ilə mübarizənin ailə sağlamlığının təmin edilməsində önəmli yer tutduğunu vurğulayıb. O, görüşdə səslənəcək fikirlərin, irəli sürüləcək təkliflərin, təhlillərin narkomaniya ilə bağlı problemlərin qarşısının alınması baxımından faydalı olacağına əminliyini bildirib.Tədbirin ərsəyə gəlməsində əməyi olanlara, təşkilatçılara, Gəncə İcra Hakimiyyətinə, UTECA-nın rəhbərliyinə təşəkkürünü bildirib.

Sonra çıxış edən millət vəkili Müşfiq Cəfərov qonaqları və tələbələri salamlayaraq dövlətin gənclər və idman siyasətinə, ailə institutuna göstərdiyi diqqətdən danışıb. Ölkəmizdə nümunəvi gənclərlə yanaşı, pis vərdişləri ilə həm özü, həm də cəmiyyət üçün təhlükə mənbəyi olan narkotik aludəçilərinin də olduğunu təəssüflə deyən deputat narkomaniyanı əsrin faciəsi kimi qiymətləndirib, bu qlobal bəla ilə mübarizədə bütün cəmiyyətin səfərbər olmasının vacibliyini vurğulayıb, xalqın gələcəyinin sağlam, etibarlı gənclikdən asılı olduğunu diqqətə çatdırıb. Bildirib ki, gənc nəslin sağlam ruhda tərbiyəsi dövlətin və cəmiyyətin əsas vəzifəsi hesab olunur. Yaşadığımız dövrün ən aktual, ağrılı problemi olan narkomaniya və onun fəsadlarına qarşı mübarizə ilə bağlı əhali, xüsusən də gənc nəsil arasında maarifləndirmə və təbliğat işlərinin aparılmasını vacib sayan parlament üzvü Gəncədə də bu yöndə işlərin getdiyini xatırladıb.Əlavə edib ki, problemin aradan qaldırılmasında vətəndaşlıq təşəbbüsü göstərmək lazımdır.

UTECA-nın elm və beynəlxalq əlaqələr üzrə müşaviri Mayıs Gülalıyev, Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Gülnar Rzayev və digər qonaqlar da problemlə bağlı fikirlərini bölüşüblər, gənclərə müraciət ediblər, təkliflərini səsləndiriblər.Narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışaraq, bu maddələrin fəsadları barədə geniş məlumat verən qonaqlar gəncliyin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədən və ağır zərbə vuran narkomaniyanın mənfi nəticələrindən söz açıblar.Ölkənin hər yerində olduğu kimi, Gəncədə də narkomanlığa qarşı ciddi mübarizənin aparıldığını qeyd ediblər. Bildirilib ki, problem təkcə bir ölkənin deyil, bütün dünyanın qlobal problemidir.Narkomaniya bəlasının fəsadları ilə bağlı məlumatlandırma və maarifləndirmə tədbirlərinin daha da gücləndirilməsinə, xüsusən sosial şəbəkələrin imkanlarından istifadənin səmərəliliyinə diqqət çəkilib,“ağ ölüm”ün cəmiyyətimizə vurduğu zərərə nəzər yetirilib.

Mövzu ətrafında müzakirələr və geniş fikir mübadiləsi aparılıb. Sonda iştirakçılara layihə çərçivəsində hazırlanmış və ön hissəsində “Narkomaniyaya “yox” deyək” yazılmış xüsusi köynəklər paylanılıb.

Qeyd edək ki, layihənin icra müddəti 3 aydır.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

FHN valideynlərə müraciət etdi

Next Post

Rusiyanın iki helikopteri aerodormda partladı

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Rusiyanın iki helikopteri aerodormda partladı

Rusiyanın iki helikopteri aerodormda partladı

Türkiyə ordusu 2 terrorçunu məhv etdi

Türkiyə ordusu 2 terrorçunu məhv etdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.