Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Gənclərin İnsan alverinə qarşı mübarizə üzrə ictimai müzakirələr klubu” layihəsinə start verilib.
Layihə çərçivəsində Qəbələ və Oğuz rayonlarında gənclər arasında insan alverinə qarşı mübarizə üzrə ictimai müzakirələrin, seminarların təşkili nəzərdə tutulub. Layihənin məqsədi İnsan alveri ilə bağlı cinayətkarlığın ləğv edilməsi, bu cinayətkarlığa qarşı Azərbaycan Respublikası ərazisində bütün struktur və ictimaiyyətin sıx əlaqəli fəaliyyətinə nail olmaqdır.
Layihənin reallaşması nəticəsində regiondakı gənclər, yeniyetmələr, minlərlə vətəndaş insan alveri problemi ilə bağlı məlumatlandırılacaq.
Layihə çərçivəsində həyata keçirilən fəaliyyətlərin KİV-lərdə, sosial şəbəkələrdə işıqlanması, çap ediləcək buklet və flayerlərin Qəbələ və Oğuz rayonlarında paylanılması nəticəsində bu problem daima diqqət mərkəzində olacaq, daha geniş əhali kütləsinin məlumatlanmasına töhvə veriləcək. Qeyd edilir ki, layihə Qəbələ və Oğuz rayonlarında, 01.02.2022 – 01.05.2022 tarixlərində icra edilir.






