“Ölkə əhalisinin 38%-nin əmək qabiliyyətli əhali olaraq cəmləşdiyi sektorda nəinki, orta və yaşlı nəsil, heç gənclər də maraqlı deyil. Çünki kənd təsərrüfatı sektoru rentabelli və yüksək gəlir gətirən sektorlar sırasında deyil”. Bu fikirləri Elchi.az-a açıqlamasında Məmməd Talıblı deyib.
Onun sözlərinə görə büdcədən aqrar subsidiyaların olması özlüyündə bir təşviq alətidir:
“Bununla bu sektoru ayaq üstə qaldırmaq olmaz. Bu çoxçeşidli təşviq mexanizmləri hesabına təmin oluna bilər ki, bu da mövcud deyil. Ona görə də kənd təsərrüfatının ÜDM-də xüsusi çəkisi birrəqəmli olaraq 6-7%-dən yüksək olmur”.
Havar Şəfiyeva





