2024-cü ildə Yeddilik ölkələri (G7) qrupu yanvarın 1-dən Rusiyadan brilyant idxalına qadağa qoyacaq.
Elchi.az bu barədə Reuters.com agentliyinə istinadən xəbər verir.
Üçüncü ölkələrdən rus almazlarına mərhələli qadağa yazda tətbiq ediləcək. Sentyabrın 1-də isə kobud almazlar üçün etibarlı yoxlama və sertifikatlaşdırma mexanizmi yaratmağı planlaşdırırlar.
Qrupun sammitinin elanı artıq Yaponiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub.
“Biz Rusiyada hasil edilən, emal olunan və ya istehsal olunan qeyri-sənaye almazlarına idxal məhdudiyyətləri tətbiq edəcəyik”, – deyə sənəddə deyilir.
Yeganə






