Rusiyanın Ukraynada Xüsusi Hərbi Əməliyyatı başladıqdan sonra Komanda, Nəzarət və Taktiki Rabitə Proqramının icraçı direktoru vəzifəsinə təyin edilmiş ABŞ generalı Entoni Potts təyyarə qəzasında həlak olub. Elchi.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin “Stars and Stripes” qəzeti məlumat yayıb.
Qeyd edək ki, iyulun 25-də Merilend ştatının Aberdin şəhərində hərbi sınaq meydançası yaxınlığında Potts tərəfindən idarə olunan Piper PA-28 Cherokee təyyarəsi qəzaya uğrayıb.
Havar Şəfiyeva





