Rusiyanın yeni milli təhlükəsizlik strategiyasında ABŞ-ın təhlükə kimi göstərilməsi Ağ Evin Kremlə qarşı münasibətini dəyişmir. Çünki Kreml özü Ağ Ev üçün təhlükədir.
Axar.az xəbər verir ki, bunu ABŞ Qərargah Rəislərinin Birləşmiş Komitəsinin rəisi general Cozef Danford jurnalistlərə verdiyi açıqlamasında deyib.
General bildirib ki, o, daha geniş açıqlama vermək üçün Rusiya milli təhlükəsizlik strategiyasının mətni ilə yaxından tanış olmaq istəyir.




