"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

General Seyidov Şuşa əməliyyatından danışdı

08 Noyabr 2022 - 10:42
in GÜNDƏM

Vətən müharibəsi zamanı Şuşaya daxil olmağımıza heç bir qüvvə mane ola bilməzdi.
Elchi.az Report-a istinadən xəbər verir ki, bunu Vətən Müharibəsi Qəhrəmanı, Ordu birliyinin komandiri general-mayor Kənan Seyidov deyib.
Azərbaycanın mədəniyyət paytaxtı uğrunda gedən döyüşlərin komandanlarından biri olmuş general bildirib ki, hərbi qulluqçular əvvəlcə Şuşa yüksəkliklərinə nəzarəti təmin edib, daha sonra şəhərə girmək üçün fürsət gözləyib:
“1986-cı ildə Şuşada düşərgədə olmuşdum. Həmin hadisənin üzərindən illər keçəndən sonra Şuşanın işğaldan azad olunması əməliyyatında iştirak etdim. Döyüşlər zamanı duman çəkiləndən sonra Şuşanı görəndə çox həyəcan keçirdik. Həmin anları heç vaxt unutmaram. O zaman əmin olduq ki, biz şəhərə girəcəyik”.
Onun sözlərinə görə, həmin vaxt Azərbaycan Ordusu bütün çətinliklərə rəğmən, qarşıya qoyulmuş tapşırıqları yerinə yetirməyə hazır idi:
“Düzdür, Şuşanın relyefi çox çətindir. Bu, bizim işimizi xeyli çətinləşdirirdi. Amma Şuşaya daxil olmağımıza və orada möhkəmlənməyimizə heç nə, heç bir qüvvə mane ola bilməzdi”.
“Şuşaya daxil olarkən çox böyük qürur hissi keçirdik. Həmin hisləri sözlə ifadə etmək mümkün deyil. Şuşa bizim üçün çox əhəmiyyətli idi. Şükür ki, bu müqəddəs tapşırığı layiqincə yerinə yetirdik”, – Vətən Müharibəsi Qəhrəmanı vurğulayıb.
Qeyd edək ki, K.Seyidov İkinci Qarabağ müharibəsi zamanı Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələri komandanının birinci müavini – qərargah rəisi olub. Prezident İlham Əliyevin 2020-ci il noyabrın 20-də imzaladığı sərəncamla Vətən müharibəsinin komandirlərindən biri olmuş K.Seyidova general-mayor ali hərbi rütbəsi verilib.
O, daha sonra Prezidentin müvafiq sərəncamına əsasən, Ordu birliyinin komandiri təyin olunub.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bayramov və Mirzoyan razılaşdı: Növbəti görüş…

Next Post

Ukrayna artıq Krıma hücum planı hazırlayır

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Ukrayna artıq Krıma hücum planı hazırlayır

Ukrayna artıq Krıma hücum planı hazırlayır

Binəli Yıldırım Türkiyəyə tibbi yardım təyyarəsi ilə qayıdacaq

Binəli Yıldırımdan Zəfər Günü paylaşımı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.