Çin ABŞ-ın siyasətinə görə Ukraynada münaqişənin kəskinləşəcəyini proqnozlaşdırırdı.
Elchi.az xəbər verir ki, ABŞ-ın Kiyevə maliyyə və hərbi dəstək məsələsində siyasəti Ukraynadakı münaqişəni daha sərt və gərginləşdirəcək, Çinin “Global Times” nəşri yazır.
“Vaşinqton iştirakını davam etdirdikcə, münaqişə daha da şiddətli və gərginləşə bilər”, – nəşr yazır.
Jurnalistlər, xüsusən də Ukraynanın rəhbəri Vladimir Zelenskinin ABŞ-a səfəri fonunda Amerika hakimiyyətinin Kiyev rejiminə əlavə yardım göstərmək qərarına gəldiyinə diqqət çəkib.
Ukraynalı siyasətçinin Vaşinqtondakı Konqres qarşısında çıxışı da insanda müsbət əhval-ruhiyyə yaratmır, çünki bu, münaqişəni davam etdirməyə hazır olmaq və güzəştə getmək istəməmək barədə “aydın siqnal” daşıyır.
Xatırladaq ki, amerikalı jurnalistlər belə qənaətə gəliblər ki, Vladimir Zelenski Vaşinqtona səfərinin məqsədinə çata və hücum əməliyyatları keçirmək üçün daha müasir silahlar ala bilməyəcək.
KP.RU saytının daha əvvəl yazdığı kimi, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Zelenskinin Vaşinqtona səfəri zamanı vəziyyətin sülh yolu ilə nizamlanması çağırışları, eləcə də Donbassda yaşayış binalarının atəşə tutulması ilə bağlı xəbərdarlıqlar olmayıb.
Şayəstə




