Nəşr vurğulayır ki, Rusiya Federasiyası olmadan bu hadisə münaqişəni dayandırmaq cəhdi kimi öz əhəmiyyətini itirəcək.
Elchi.az “Global Times”-a istinadən xəbər verir ki, Ukraynanın təklif etdiyi “sülh sammiti” çətin ki, xüsusilə də Rusiyanın iştirakı olmadan keçirilsin.
“Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, sülhlə bağlı hər hansı birbaşa danışıqlardan əvvəl Rusiya “müharibə cinayətlərinə” görə beynəlxalq tribunal qarşısına çıxarılmalıdır. Bu, Kiyevin tamamilə real olmayan arzusudur”, – məqalədə deyilir.
Nəşr onu da bildirir ki, Rusiya Federasiyası olmadan belə bir hadisə münaqişəyə son qoymaq cəhdi kimi əhəmiyyətini itirəcək.
Bundan əvvəl politoloq Martınov Ukraynanın “sülh sammiti” ilə bağlı planlarını Zelenskinin biznesi adlandırmışdı. Ekspert hesab edir ki, Ukrayna lideri daha çox maliyyə dəstəyi almaq istəyir.
Həmçinin daha əvvəl Dmitri Peskov Ukrayna ilə bağlı “sülh planı”nın əsas məqamını açıqlamışdı. Kreml sözçüsü Rusiyanın yeni regionlarının tanınmasını Ukrayna üçün “sülh planı”nın əsas məqamı hesab edir.
Şayəstə





