“Konfidensial mənbədən aldığım məlumata görə, hökumətdə gömrük rüsumlarının ciddi səviyyədə azaldılmasına hazırlıq gedir. Bu, iqtisadi və sosial sahə üçün son dərəcə vacib addım olacaq. Belə ki, idxal üçün hazırki gömrük rüsumları orta hesabla 40 faizə yaxındır ki, bu da digər ölkələrlə müqayisədə çox yüksəkdir”.
Elchi.az xəbər verir ki, bu barədə iqtisadçı Elçin Bayramlı FB hesabında qeyd edib.
Onun sözlərinə görə, qonşu Gürcüstanla müqayisədə isə dəfələrlə yüksəkdir:
“Nəticədə ölkəyə idxal olunan mallar xeyli baha başa gəlir və bu da özünü qiymətlərin yüksəkliyində göstərir. Misal üçün Çindən idxal olunan 1 manatlıq mal gömrük rüsumları, vergi, kargo və s xərclərdən sonra idxalçıya azı 3 manata başa gəlirki, o da bunu topdan azı 4 manata, pərakəndə satıcı isə 5 manata satmağa məcburdur. Demək bir mal istehsal yerindəkinə nisbətən bizdə 5 dəfə baha olmuş olur. Rüsumların azalması ticarət həcminin artması ilə yanaşı həm də sahibkarlığın inkişafını, məhsul istehsalının artmasını, iqtisadi aktivliyin yüksəlməsini stimullaşdıracaq. Belə ki aşağı gömrük rüsumları istehsal üçün lazımi texnologiya, avadanlıq və xammalın ölkəyə daha ucuz gətirilməsinə səbəb olacaq ki, bu da ümumi daxili məhsulun artmasına təkan verəcək.Yeni iş yerləri, yeni istehsal, xidmət və satlş obyekləri açılacaq. Son nəticədə bu dövlət büdcəsinin də gəlirlərinin artmasına, işsizliyin azalmasına, ölkədə məhsul bolluğu və ucuzluğunun yaranmasına səbəb olacaq. Bir sözlə, gömrük rüsumları 2 dəfə azaldısa, bu özünü həm iqtisadi inkişafın daha sürətlənməsində, həm sosial rifahın xeyli yüksəlməsində göstərəcək.
Yerli istehsalın qorunmasına gəldikdə, əlbəttə, protektionist siyasətin yürüdülməsi də çox vacibdir. Bu səbəbdən də güzəştlər ölkədə istehsalı olan və daxili bazarı tam və ya xeyli həcmdə təmin edən məhsullara yox, ölkədə istehsalı olmayan və ya istehsalı olub daxili tələbatın çox az hissəsini ödəyən məhsullara tətbiq edilə bilər”.
Yeganə




