Türkiyədə baş tutan 14 dekabr əməliyyatında haqqında saxlanılma qərarı olduğu bildirilən Nuh Gönültaşın ölkədən qaçdığı xəbəri yayılmışdı.Musavat.com-un məlumatına görə, Gönültaş tvitter sosial şəbəkəsində Moskva şəhərində olduğunu və bir ölkənin necə çökdüyünü seyr etdiyini yazıb. Artıq Türkiyəyə qayıtdığını qeyd edən Gönültaş bu səhər ifadə verməyə gedəcəyini də əlavə edib.



