Goranboyda 3 nəfər dəm qazından zəhərlənib.
Report xəbər verir ki, hadisə Qarasüleymanlı qəsəbəsində qeydə alınıb.
Belə ki, üç nəfər dəm qazından zəhərlənib, onlardan biri hadisə yerində, digəri xəstəxanaya aparılan zaman yolda ölüb. Dəm qazından zəhərlərənən daha bir nəfər isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.
Faktla bağlı araşdırmalara başlanılıb.





